Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
633

Mədəni irs sahəsində pilot layihə təqdim olunacaq

Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və “AZƏRKOSMOS” Açıq Səhmdar Cəmiyyəti arasında görüş keçirilib. Görüşdə nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf və Xalq yaradıcılığı və mədəni marşrutlar şöbəsinin əməkdaşları da iştirak edib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar məsələlər müzakirə olunub. Görüşdə vurğulanıb ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında peyk təsvirlərindən istifadə etməklə turizm nümayiş obyektlərinin (qoruqlar və mədəni irs obyektləri) qorunmasına dəstək göstərilməsi nəzərdə tutulub.

Eyni zamanda görüşdə “AZƏRKOSMOS” tərəfindən “Yer müşahidə məlumatlarının mədəniyyət sahəsində tətbiqi” mövzusunda təqdimat olub. Təqdimatda peyklərin xüsusiyyətləri, dövlət proqramının məqsədləri və gözlənilən nəticələr haqqında məlumat verilib. Nümayiş olunan təqdimatda işğal altında qalan torpaqlarımızda, xüsusi ilə Şuşa və Ağdamda olan tarixi abidələrin peyk görüntüləri yer alıb.

Qeyd olunub ki, ilkin mərhələ üçün yaxın vaxtlarda “AZƏRKOSMOS” tərəfindən mədəni irs sahəsində pilot layihə təqdim olunacaq. Layihədə müəyyən olunmuş ərazidə yerləşən tarixi abidələrin peyk görünütüləri hazırlanacaq.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb