Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
238

“Mədəniyyət.AZ” jurnalının növbəti sayı oxucularla görüşə gəlib

Dərgi builki ənənəsinə sadiq qalaraq, “Azərbaycan Cümhuriyyəti – 100” rubrikası ilə açılır. Professor Asif Rüstəmlinin araşdırma yazısı olan “Mətbuat tariximizdən ilk səhifələr”,  Bakının işğaldan azad edilməsinin bir əsrlik yubileyi münasibətilə “Dövlət müstəqilliyinin bəhrəsi” və dahi azərbaycanlı Üzeyir Hacıbəylinin 1918-ci ildə “Azərbaycan” qəzetində işıq üzü görmüş “Nuru Paşa həzrətləri şərəfinə böyük bir ziyafət” məqalələrinin xüsusi maraqla qarşılanacağına ümid edirik.

Dünyada insanlığın xilası naminə irqi ayrı-seçkiliklə mübarizə tədbirləri barədə qeydlərdə ölkəmizin sözügedən mühüm beynəlxalq konvensiyalara qoşulmasından irəli gələn vəzifələr, hamıya örnək sayılan tolerant və multikultural dəyərlərimizdən bəhs olunur.

“Ədəbiyyat” bölümündə nakam şairimiz Mikayıl Müşfiqin məzarının tapılması, 36 il öncə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilərək Naxçıvanda torpağa tapşırılması kontekstində dövlətimizin ziyalıya qayğısından söhbət açılır.

XX əsrin nəhəng söz adamı Çingiz Aytmatovun 90 illiyi münasibətilə yer ayırdığımız məqalədə isə təkcə onun həyat və yaradıcılığı deyil, Azərbaycan-qırğız ədəbi əlaqələrinə də işıq tutulur.       

Bu il onuncu dəfə baş tutan ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının yaşatdığı musiqi bayramının ab-havası, unudulmaz görüş, müzakirə və tədbirlər, Azərbaycana təşrif buyuran əcnəbi sənətkarların ölkəmiz, xalqımız və mədəniyyətimiz barədə fikirləri Samirə Behbudqızının “Yubileylər və premyeralar festivalı” sərlövhəli reportajında...“Bu kino ki var...” tamaşaçıları İçərişəhərin mənəvi aurasına çəkən, Nəsiminin irfani poeziyası ilə duruldub saflaşdıran, Segah muğamının sehrində ovsunlayan, vətənimizin dünənindən bu gününə süzülüb gələn söz-sənət məcmusu – “İki cahan” ədəbi video-layihəsini təqdim edir.

“Portret”i cızan müəlliflərimizdən biri ulu Cavid yadigarı Turan xanım haqqında xatirələrini bölüşür, digəri böyük alim, Əməkdar elm xadimi Məhərrəm Qasımlının həyat yoluna və elmi fəaliyyətinə nəzər salır. Hörmətli oxucuları  “Aşıqlığın Dədə Şəmşir ucalığı”na isə elə Məhərrəm müəllimin özü aparır...

Jurnalın bu sayında Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının 50 yaşı münasibətilə təbrik, Zaqataladakı qoz-fındıq-şabalıd Festivalı, mədəni irsimiz Qobustan barədə yazılarla da tanış olmaq imkanı var.

“Mədəniyyət.AZ” jurnalı həmişəki kimi mahiyyətinə uyğun olaraq ömrünü dəyərli axtarışlara sərf etmiş alimlər və elm yoluna yeni qədəm qoyan gənc tədqiqatçıları tanıtmağa davam edir.

 

XƏBƏRLƏR

22.01.2019 11:10
Bakıda ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək
22.01.2019 09:55
Azərbaycan Respublikasının mədəniyyət naziri Xızı şəhərində vətəndaşları qəbul edəcək
21.01.2019 16:44
Ofeliya Aslan Musiqili Teatrda yad ediləcək
21.01.2019 12:31
Şərqdə ilk opera yazan qadın bəstəkar
21.01.2019 11:43
Avey qoruğundakı Damcılı mağara düşərgəsinə yeni yol çəkilir
20.01.2019 17:36
20 yanvar faciəsinə həsr olunmuş “Əsir qadın” tamaşası nümayiş olundu
20.01.2019 17:34
Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub
20.01.2019 13:51
Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
20.01.2019 12:20
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbirlər keçirilib
19.01.2019 19:49
Filarmoniyada hüzn və qürur gününə həsr olunmuş anım tədbiri keçirildi
19.01.2019 16:57
Milli Dram Teatrında “Açıq qapı” günü keçiriləcək
19.01.2019 16:33
Sumqayıtda “20 Yanvar” faciəsinin 29-cu ildönümü münasibətilə tədbirlər keçirildi
19.01.2019 15:26
Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik günü - 20 yanvar hadisələri Özbəkistanda anıldı
18.01.2019 17:30
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
18.01.2019 17:04
Sabirabaddda vətənpərvərlik mövzusunda tədbirlər keçirildi
18.01.2019 16:32
20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilmiş “Tarixiləşən Yaddaşımız” adlı tədbir keçirilmişdir.
18.01.2019 11:01
Daşkənddəki “Məhəllə” televiziya kanalında Azərbaycan mədəniyyətinə dair proqram yayımlanıb
18.01.2019 10:51
“Azadlıq aşiqləri günü-20 Yanvar” rəsm müsabiqənin yekun sərgisi açılıb
17.01.2019 18:13
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.01.2019 16:42
Respublika Gənclər Kitabxanası tərəfindən “20 yanvar” faciəsinə həsr edilmiş tədbirlər keçirildi
17.01.2019 15:18
Milli Kitabxanada “20 yanvar – Ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçirildi
17.01.2019 14:56
"Boqema" operasının tamaşasında opera ulduzları iştirak edəcəklər
17.01.2019 14:49
Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub