Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1235

Nazir Əbülfəs Qarayev Amerika İrsinin Xaricdə Mühafizəsi üzrə Amerika Birləşmiş Ştatlarının Komissiyasının katibi Pol Pakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Amerika İrsinin Xaricdə Mühafizəsi üzrə Amerika Birləşmiş Ştatlarının Komissiyasının katibi  Pol Pakerin rəhbərlik etdiyi  nümayəndə heyəti ilə görüşdü.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu, kitabxana, muzey, abidələrin mühafizəsi, qarşılıqlı mədəniyyət tədbirlərinin keçirildiyi qeyd edildi.

Azərbaycanın müxtəlif millətlərin və dinlərin sülh içində birgəyaşama nümunəsi olduğunu qeyd edən Nazir Əbülfəs Qarayev ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verdi və ABŞ-ın bu tədbirdə ənənəvi olaraq yüksək səviyyədə iştirakına əminliyini bildirdi. Nazir həmçinin Azərbaycan Hökumətinin təşkilati dəstəyi ilə hər ilin may ayında ABŞ-da keçirilən Qafqaz Mədəniyyəti Festivalı və həmin ölkədə Azərbaycanın zəngin mədəni irsinin təqdimatına dair müxtəlif tədbirlərin keçirildiyini qeyd etdi.

Pol Paker rəhbərlik etdiyi Komissiyanın fəaliyyəti barədə məlumat verdi, Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını ifadə etdi.

Görüşdə iştirak edən STMEGI Fondunun Prezidenti German Zaxaryayev və Dağ Yahudiləri Muzeyinin icraçı direktoru İqor Şaulov tərəfindən Quba şəhərində dağ yahudilərinin yığcam yaşadığı Qırmızı Qəsəbədə Dağ Yahudiləri Muzeyinin artıq hazır olduğu barədə məlumat verildi. Nazir Əbülfəs Qarayev muzeyin yekun tərtibatına dair tövsiyyələr və açılışın təşkilinə dair tapşırıqlar verdi.

Görüşdə gələcəkdə həyata keçirilə biləcək layihələr müzakirə edildi, Əbülfəs Qarayev mövcud geniş potensialdan səmərəli istifadə edərək əlaqələrin daha da inkişafına inamını bildirdi.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla