Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
368

“İntermuzey-19” Beynəlxalq festivalı başa çatıb

30 may – 2 iyun tarixlərində Moskvada “Manej” Mərkəzi Sərgi Zalında “İntermuzey-19” Beynəlxalq festivalı keçirildi. Artıq 21-ci dəfədir ki, təşkil edilən festival ilin ən mühüm muzey hadisəsidir. Builki muzey forumunun başlıca mövzusu “Peşəkarların dialoqu”dur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Xalça Muzeyi və Qara Qarayevin Ev-Muzeyi təmsil edib. Ölkəmizə aid stenddə hər iki muzey öz fəaliyyətini təqdim etdi. Belə ki, Azərbaycan Xalça Muzeyi xovlu və xovsuz xalça nümunələri, öz nəşrlərini nümayiş etdirmiş, xovsuz xalça olan zilinin toxunması üzrə ustad dərsi keçirmişdir. Qara Qarayev Ev-Muzeyi tədbirdə görkəmli bəstəkarın həyat və fəaliyyətinə həsr olunmuş film, kitab və notları təqdim edib. Ölkəmizin stendi festival iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılandı.

Festival çərçivəsində baş tutan elmi konfransda muzeyin inkişafı üzrə baş mütəxəssis Aynur Məmmədova “Azərbaycan Xalça Muzeyi kolleksiyalarının zənginləşdirilməsi metodları” mövzusunda məruzə ilə çıxış etdi.

Tədbirin sonunda hər iki muzey Rusiyanın Mədəniyyət Nazirliyi tırıfindən diplomla təltif edilib.

XƏBƏRLƏR

19.08.2019 15:50
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib