Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
141

Özbəkistanda “Azərbaycan, sənsən mənim ülviyyətim” adlı konsert təşkil olunub

Özbəkistanın Daşkənd və digər şəhərlərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilir. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi çərçivəsində paytaxtdakı Sənət və Mədəniyyət Universitetində “Azərbaycan, sənsən mənim ülviyyətim” adlı böyük konsert təşkil olunub.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, bu ali təhsil ocağının rəhbərliyi, müəllim və tələbə heyəti, ölkənin elm, mədəniyyət, incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.

Universitetin rektoru, professor İbrahim Yuldaşov “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində bu ali təhsil ocağında konsert təşkil olunmasından məmnun qaldığını bildirib. Rektor 2017-ci ildə AMM ilə imzalanan memorandumun uğurla icra olunduğunu, artıq Azərbaycan sənətçilərinin iştirakı ilə universitetdə iki dostluq konsertinin keçirildiyini, burada Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin yaradıldığını qeyd edib, dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində xidmətlərinə görə Azərbaycan dövlətinə və Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

AMM-nin direktoru Samir Abbasov mərkəzin layihəsi çərçivəsində hər il qardaş ölkədə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” haqqında məlumat verib, belə tədbirlərin xalqlarımızı bir-birinə yaxınlaşdırdığını qeyd edib. O, Şərqdə ilk demokratik cümhuriyyət quran, qadının ilk dəfə seçki hüququnu tanıyan, universitet, mətbuat, teatr, kino ənənələri ilə seçilən istedadlı xalqımızın zəngin mədəniyyəti və ədəbiyyatı haqqında söhbət açıb. S.Abbasov bu istiqamətdə Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən də danışıb.

O, qardaş Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatına böyük maraq və sevgi olduğunu bildirib.

Konsertdə Özbəkistanın “Soqdiana” xalq çalğı alətləri ansamblı Azərbaycan musiqisinin incilərini, dünya şöhrətli bəsətkarlarımzın əsərlərini səsləndirib. Özbəkistanın Əməkdar artisti, professor Firuzə Abduraximovanın bədii rəhbəri olduğu ansambl “Koroğlu” üverturası, “Qarabağ Azərbaycanın incisi” adlı əsərləri məharətlə ifa edib.

Tədbirdə Azərbaycanın Əməkdar artistləri Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynov “Soqdiana” ansamblının müşayiəti ilə milli musiqilərimizi oxuyublar.

Konsertdə Azərbaycan sənətçilərinin birgə dueti, Azərbaycan və özbək musiqisinin inciləri səsləndirilib.

Tədbir böyük anşlaqla keçib. Sonda Azərbaycan sənətçiləri fəxri fərmanlara layiq görülüb.

XƏBƏRLƏR

15.06.2019 11:25
Tovuzda Milli Qurtuluş günü qeyd olunub
15.06.2019 11:02
“Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək
15.06.2019 10:37
Azərbaycan rəssamlarının əsərlərinin ilk Respublika satış-sərgisi açılıb
15.06.2019 10:26
Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılıb
15.06.2019 10:23
Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi münasibətilə “Qətibə İnanc” tamaşası nümayiş olunub
14.06.2019 16:58
Respublika Gənclər Kitabxanasında “Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə keçirildi
14.06.2019 16:50
Gəncədə muzey işçilərinin peşə səriştələrinin artırılması məqsədilə kurslar təşkil olunub
14.06.2019 14:53
Milli Qurtuluş Günü Sabirabadda təntənəli şəkildə qeyd edildi
14.06.2019 14:35
Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində “Milli Qurtuluş Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib
14.06.2019 14:22
Mərkəzi İncəsənət məktəbində görkəmli musiqiçilərin ustad dərsləri keçirildi
14.06.2019 10:19
Milli Qurtuluş Günü Ağstafada təntənə ilə qeyd olunub
14.06.2019 09:15
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub
13.06.2019 18:37
Dünya İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsi ölkəmizə göstərilən yüksək etimadın nümunəsidir
13.06.2019 15:27
Gəncədə 15 İyun – Milli Qurtuluş Günü qeyd olundu
13.06.2019 15:11
Gəncədə “Müstəqillik və vətənpərvərlik ruhunun aşılanmasında kinematoqrafiyanın rolu” mövzusunda debat keçirilib
13.06.2019 10:17
Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın yubiley gecəsi keçiriləcək
13.06.2019 10:01
Qusarda “Oxu Günü” keçirilib
13.06.2019 09:37
Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub
13.06.2019 09:34
Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub
12.06.2019 17:24
“Çölçü” bədii filmi beynəlxalq mükafatlara layiq görülüb
12.06.2019 16:51
Gəncədə “Mədəniyyət həftəsi” çərçivəsində növbəti tədbir keçirilib
12.06.2019 16:01
Kitabxanada Milli Qurtuluş Günü qeyd olunub
12.06.2019 14:27
Bakıda II Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib
12.06.2019 14:22
Sumqayıtın musiqi məktəblərinin hesabat konsertləri keçirilib
12.06.2019 12:05
Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub
11.06.2019 17:47
Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görülüb
11.06.2019 17:45
Gəncədə “Mədəniyyət həftəsi” “Dönməz iradə” adlı seminarla başlanıb