Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
663

“Söz”ün növbəti tədbiri Molla Pənah Vaqif yaradıcılığına həsr edilib

“Söz” ədəbi-bədii layihəsinin Beynəlxalq Muğam Mərkəzində ilk tədbiri görkəmli şair Molla Pənah Vaqifin poeziyasına həsr olunub.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə reallaşan layihə Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə gerçəkləşib. Gecədə Əməkdar artistlər Elxan Rza, Hüsniyyə Mürvətova, aktyorlar Kamal Yaşar, Ləman Mеhri şairin yaradıcılığından gözəl nümunələr səsləndiriblər. Gənc xanəndələr Pərviz Qasımov, Elgiz Əliyev, Könül Məmmədli, AzTV-nin Cahangir Cahangirov adına Xor Kapellası bulaq kimi axan Vaqif misralarının musiqi ilə həmahəng harmoniyasından yaranan xoş duyğuları qonaqlarla bölüşüb. “Söz” layihəsinin budəfəki buraxılışı gecəyə təşrif buyuranlara muğam, musiqi və Vaqif yaradıcılığını mistik bir atmosferdə təqdim edib.

Sonda layihənin rəhbəri Nigar Həsənzadə tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkür edib.

Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində milli mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri uğurla davam edir.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb