Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
529

Sumqayıtda 26 iyun Silahlı Qüvvələr günü münasibətilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə tabe müəssisələrdə 26 iyun Silahlı Qüvvələr günü münasibətilə tədbirlər keçirilib.

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Mərkəzinin təşkilatçılığı ilə klub müəssisələrinin "Ordum məni qoruyur" adlı birgə konsert keçirilib. Elvin Əlizadə və

Amil Babayevin aparıcılığı ilə keçən tədbirdə gənc mğənnilər İbrahim Fərzəliyev, Leyla Məmmədova, Şəbnəm Faiqqızı, Pənah Məmmədli, Zaur Yusiflinin ifasında şən mahnılar səslənib,  "Turan" milli rəqs qrupunun ifasında "Azərbaycan inciləri" rəqsi izlənilib.

Corat qəsəbə mədəniyyət evinin özfəaliyyət kollektivi isə “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış ediblər. Konsertdə mədəniyyət evinin “karvan” instrumental ansamblının ifasında instrumental musiqilər və solist Şəbnəm faiqqızının ifasında şən mahnılar xoş ovqat yaradıb.

Nizami Gəncəvi adına Kitabxana Klubda “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi ilə birgə Azərbaycanın Milli Qəhrəmanı,şəhid Mübariz İbrahimova həsr olunmuş”Mən şəhid oldum ki,Vətən yaşasın”adlı tədbir keçirilib. Tədbirdə qəhrəmanımız haqqında geniş məlumat verilib. Sonra tarın müşayiəti ilə Mübaiz İbrahimova həsr olunmuş “Təəssüb”poemasından parçalar söylənilib. Sonda “Qarabağ silinməyən dərdimiz” başlıqlı sərgi haqqında məlumat verilib.

XƏBƏRLƏR

19.08.2019 15:50
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib