Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1144

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycan növbəti uğura imza atıb

Bu ilin noyabrın 26-da dekabrın 1-dək Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında ölkəmizi təmsil edən nümayəndə heyəti də iştirak edib. Xarici işlər nazirinin müavini Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin qatıldığı sessiyada Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyasının Baş katibi Elnur Sultanov, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərov iştirak ediblər.

Bu sözləri Milli Kitabxanada Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının nəticələrinə həsr edilmiş mətbuat konfransında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

Azərbaycanın cari ilin iyun ayında UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Baş Assambleyasında Komitənin növbəti dörd ili üçün üzvü seçildiyini bildirən İ. Hümbətov qeyd edib ki, ölkəmiz 2010-2014-cü illərdə də Komitənin üzvü olub.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyasının Baş katibi Elnur Sultanov Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının nəticələri barədə məlumat verib. Söyləyib ki, sessiya zamanı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ və Təcili Qorunmaya Ehtiyacı olan siyahlarına daxil edilmiş fayllarla bağlı 48 ölkənin milli hesabatı dinlənilib. Bunlardan 16-sı Təcili Qorunmaya Ehtiyacı olan hesabatlardır. Eyni zamanda, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün Komitəyə təqdim edilmiş 40 nominasiya və Təcili Qorunmaya Ehtiyacı olan siyahıya daxil edilməsi üçün Komitəyə təqdim edilmiş 7 nominasiyalar sessiya zamanı müzakirə olunmaqla müvafiq qərarlar qəbul edilib.

“UNESKO-nun Baş qərargahında təşkilatın Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyası keçirildi. Sessiya çərçivəsində Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitədə vakant yerlərə seçkilər oldu. İkinci qrup üzrə 2 yerə Azərbaycan, Belarus, Gürcüstan, Polşa, Slovakiya, Rumıniya və Makedoniya olmaqla 7 dövlət namizədliyini irəli sürmüşdü. Aparılmış geniş seçki kampaniyası nəticəsində Azərbaycan qrupda 90 səslə namizədlər arasında ən çox səs yığaraq üzv seçildi. Bu bir daha UNESCO üzv ölkələri tərəfindən Azərbaycana göstərilən yüksək etimadın göstəricisidir. Azərbaycan tərəfinin təqdim etdiyi “Çovqan-ənənəvi Qarabağ atüstü oyunu” faylı ilə bağlı milli hesabatımız qəbul olundu. Eyni zamanda “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiyanın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud isri: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiyanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Ölkəmizlə bağlı bu müsbət qərar qəbul edildikdən sonra, UNESKO-nun bir çox üzv ölkələri Azərbaycan nümayəndə heyətinə yaxınlaşaraq təbrik etdilər. Ermənistan tərəfi Komitədəki üzvlüyündən sui-istifadə edərək, Komitənin işini siyasiləşdirirdi və bu davranışı ilə Konvensiyanın məqsəd və prinsiplərinə ciddi xələl gətirirdi. Bu isə öz növbəsində Komitədə ciddi narahatlıq və narazıçılığa səbəb oldu. Ermənistandan fərqli olaraq, Azərbaycan Komitədə böyük nüfuz malik bir ölkədir. Ölkəmiz Komitənin digər sessiyalarında olduğu kimi, bu dəfə də sessiyanın gündəliyinə öz müsbət töhfəsini verdi”, - deyə Elnur Sultanov vurğulayıb.

E.Sultanov qeyd edib ki, Hökumətlərarası Komitənin 13-cü sessiyasınında ölkəmiz üçün daha bir uğurlu hadisə - Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi olub. Bu tarixi hadisənin Azərbaycanın bir daha dünyada artan nüfuzunun göstəricisi olduğuna diqqət çəkən E.Sultanov vurğulayıb ki, ölkəmizin UNESCO ilə sıx əməkdaşlığın genişləndirilməsi və mədəni irsimizin qorunması və dünya miqyasında təbliği Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz əməyinin nəticəsidir.

Diplomat xüsusi qeyd edib ki, sessiya zamanı UNESKO Katibliyi və Qvatemala tərəfi çıxış edərək, Qeyri-maddi mədəni irsin qorunması istiqamətində “Etimad Fondu” vasitəsilə Azərbaycanın göstərdiyi yardıma görə öz təşəkkürlərini bildiriblər. “Etimad Fondu” 2013-cü il iyulun 18-də imzalanmış “Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” əsasında yaradılıb.

Sözügedən nominasiya sənədinin Mədəniyyət və Xarici İşlər nazirlikləri, eləcə də Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim olunduğunu bildirən Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vasif Eyvazzadə deyib ki, namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda, bu ənənələrin UNESCO səviyyəsində qorumağına çalışmaqdır.

V.Eyvəzzadə diqqətə çatdırıb ki, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi Azərbaycanda, Türkiyədə və Qazaxıstanda birlik, bərabərlik və müxtəlifliyi, həmçinin xalqlarımızın ailə dəyərlərini, qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini təbliğ etdiyini ifadə edir.

“Ermənistan nümayəndəsinin “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsinin Azərbaycana dair hissəsinə qarşı əsassız çıxış etməsi heç bir nəticə vermədi. Ermənistan tərəfinin qeyri-konstruktiv və yersiz mövqeyinin yolverilməz olduğunu bir daha diqqətə çatdıran nümayəndə heyətimiz Azərbaycanın bu çoxmillətli nominasiyanın tərəfi olmaqla regional əməkdaşlığa və ortaq mirasa sahib olan ölkələrlə mədəniyyətin bölüşülməsi faktoruna önəm verdiyini və bununla da UNESCO-nun xoşməramlı prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini bildirdi. Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan–ənənəvi Qarabağ atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin isə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır”, - deyə Vasif Eyvazzadə qeyd edib.

Sonra iştirakçılar “Azərbaycanın qeyr-maddi mədəni irsi UNESCO-da” adlı kitab sərgisi ilə tanış olublar.

 

XƏBƏRLƏR

17.06.2019 13:15
Böyük bəstəkar Arif Məlikovun Fəxri xiyabanda məzarı ziyarət olunub
17.06.2019 12:02
Qobustan Milli Tarix-Bədii Qoruğunda Yoqa və Sağlamlıq Festivalı çərçivəsində tədbir təşkil edilib
15.06.2019 11:25
Tovuzda Milli Qurtuluş günü qeyd olunub
15.06.2019 11:02
“Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək
15.06.2019 10:37
Azərbaycan rəssamlarının əsərlərinin ilk Respublika satış-sərgisi açılıb
15.06.2019 10:26
Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılıb
15.06.2019 10:23
Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi münasibətilə “Qətibə İnanc” tamaşası nümayiş olunub
14.06.2019 16:58
Respublika Gənclər Kitabxanasında “Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə keçirildi
14.06.2019 16:50
Gəncədə muzey işçilərinin peşə səriştələrinin artırılması məqsədilə kurslar təşkil olunub
14.06.2019 14:53
Milli Qurtuluş Günü Sabirabadda təntənəli şəkildə qeyd edildi
14.06.2019 14:35
Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində “Milli Qurtuluş Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib
14.06.2019 14:22
Mərkəzi İncəsənət məktəbində görkəmli musiqiçilərin ustad dərsləri keçirildi
14.06.2019 10:19
Milli Qurtuluş Günü Ağstafada təntənə ilə qeyd olunub
14.06.2019 09:15
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub
13.06.2019 18:37
Dünya İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsi ölkəmizə göstərilən yüksək etimadın nümunəsidir
13.06.2019 15:27
Gəncədə 15 İyun – Milli Qurtuluş Günü qeyd olundu
13.06.2019 15:11
Gəncədə “Müstəqillik və vətənpərvərlik ruhunun aşılanmasında kinematoqrafiyanın rolu” mövzusunda debat keçirilib
13.06.2019 10:17
Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın yubiley gecəsi keçiriləcək
13.06.2019 10:01
Qusarda “Oxu Günü” keçirilib
13.06.2019 09:37
Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub
13.06.2019 09:34
Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub
12.06.2019 17:24
“Çölçü” bədii filmi beynəlxalq mükafatlara layiq görülüb
12.06.2019 16:51
Gəncədə “Mədəniyyət həftəsi” çərçivəsində növbəti tədbir keçirilib
12.06.2019 16:01
Kitabxanada Milli Qurtuluş Günü qeyd olunub
12.06.2019 14:27
Bakıda II Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib
12.06.2019 14:22
Sumqayıtın musiqi məktəblərinin hesabat konsertləri keçirilib
12.06.2019 12:05
Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub
11.06.2019 17:47
Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görülüb
11.06.2019 17:45
Gəncədə “Mədəniyyət həftəsi” “Dönməz iradə” adlı seminarla başlanıb