Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
281

“… VƏ BÜTÜN QARANLIQ OTAQLAR” adlı şeirlər kitabının təqdimatı və imza mərasimi keçirilmişdir

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc şair Tural Turanın “… VƏ BÜTÜN QARANLIQ OTAQLAR” adlı şeirlər kitabının təqdimatı və imza  mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova açaraq qonaqları salamlamış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında 2016-cı il iyulun 15-də açılan, Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana” nın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Direktor müavini Açıq kitabxanada tez-tez belə kitab təqdimatlarının, poeziya gecələrinin keçirildiyinin ənənə halına çevrildiyini söyləmiş, gənc şair Tural Turanı kitabının təqdimatı münasibətilə təbrik etmiş, ona yaradıcılıq uğurları arzulamışdır. Sonra sözü tədbiri aparmaq üçün yazıçı-publisist Kənan Hacıya vermişdir.

Kənan Hacı Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc şair Tural Turanın “...VƏ BÜTÜN QARANLIQ OTAQLAR” adlı, sayca beşinci, yeni şeirlər kitabı haqqında məlumat verdikdən sonra sözü yazıçı, telejurnalist Azər Qismətə vermişdir.

Azər Qismət tədbirə gələn qonaqları salamlamış, Tural Turanın gənc olmasına baxmayaraq ədəbi prosesdə fəal iştirak edən, daima öz üzərində çalışan çox istedadlı, işıqlı bir gənc olduğunu demişdir.

Tədbirdə şair Seyran İsmayıl, DGTYB Yönətim Kurulunun Başkan yardımçısı Əfsanə Bayramqızı, filoloq Tural Mirzəyev, gənc yazarlardan Şəhanə Müşfiq, Afət Natiq, Tural Cəfəri, Ulucay Akif və bir çox ziyalı insanlar, gənc şairin dostları cıxış edərək, Tural Turan və onun yaradıcılığı haqqında fikirlərini bölüşmüşlər.

Sonra Tural Turan öz şeirlərini tədbir iştirakçılarına oxumuşdur. O, çıxışında tədbirdə iştirak edənlərə minnətdarlığını bildirmiş və bu tədbirin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbir “...VƏ BÜTÜN QARANLIQ OTAQLAR” kitabının imzalanma mərasimi ilə bitmişdir.

 

XƏBƏRLƏR

19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildi
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüb
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.2019 17:25
"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib
18.03.2019 16:25
“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında
18.03.2019 16:07
Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub
18.03.2019 14:52
Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.
18.03.2019 14:39
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
18.03.2019 14:22
Bərdə Regional Mədəniyyət İdarəsi Günərzi Qayğı Mərkəzində olub.
18.03.2019 10:18
Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib
18.03.2019 10:15
Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb
16.03.2019 12:21
Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür
16.03.2019 12:19
Jurnalistlər “Sevgi və etiraz” sərgisi ilə tanış olub
16.03.2019 12:14
Bakı Milli Geyim evi “Ənənədən gələcəyə” adlı dəfiləni təqdim edib
16.03.2019 11:57
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
15.03.2019 17:43
Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşdü
15.03.2019 17:16
Heydər Əliyev sarayında “Min bir gecə” baleti nümayiş etdiriləcək
15.03.2019 16:50
Ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olundu