Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
459

Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılıb

İyunun 14-də Dövlət Film Fondunda Xalq artisti Amaliya Pənahovanın anadan olmasının 74 illiyinə həsr edilən tədbir keçirilib.

Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə sənətkarın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev sənətkarın həyat və yaradıcılığından, milli kinomuzun və teatr sənətimizin inkişafındakı xidmətlərindən danışıb. O deyib: “Gecəni belə adlandırardım – zaman, sənət və əbədiyyət. Çünki zamanın çətin, mürəkkəb yollarından Amalya xanım şərəflə çıxıb. Əsl sənət fədaisi, vurğunu olub. Bu gün əbədiyyətə qovuşsa da, milyonlarla tamaşaçının qəlbində daim yaşayacaq”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, Amaliya xanım ölməz dramaturqumuz İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşası ilə Azərbaycan incəsənətində parlaq bir ulduz kimi doğdu. Aktrisanın həm kino, həm də teatr səhnəsində canlandırdığı obrazların hər biri onun böyük istedadından xəbər verirdi. Bu obrazlar böyük bir coğrafiyanı əhatə edirdi – o, həm Azərbaycan, türk dünyasının, həm də dünya klassiklərinin əsərlərində oynamışdı. Bu obraz rəngarəngliyinin arxasında böyük bir zəhmət durur. Bu zəhmətkeşlik, ilk növbədə, onun öz sənətinə sevgisindən irəli gəlirdi.

Milli Məclisin deputatı, akademik Rafael Hüseynov qeyd edib ki, Amalya xanım 40 ildən çox Azərbaycan səhnəsində, ekranında, mədəni gerçəkliyində elə iz qoyub, elə incilər yaradıb ki, ondan yaxşısını yaratmaq çətin olacaq. Zaman ötdükcə Amalya xanımın böyüklüyü daha dərindən dərk ediləcək. Adətən böyük sənətkarlardan danışarkən deyirlər ki, onların yeri həmişə görünür və görünəcək. Amalya xanım haqqında danışarkən yeri görünəcək ifadəsi dəqiq səslənmir. Amalya xanımın sadəcə yeri yox, özü həmişə görünəcək.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Amalya Pənahovanın yaratdığı obrazların özünəməxsusluğundan danışıb, görkəmli aktrisanın sənətinin onun sevənlərin qəlbində həmişə yaşayacağını deyib.

Tədbirdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov, Əməkdar artist Elxan Qasımov və başqaları Azərbaycan teatr və kino sənətində Amalya Pənahovanın bənzərsiz sənət dünyasından, yaratdığı maraqlı obrazlar qalereyasından söhbət açıblar.

Bildirilib ki, A.Pənahovanın adı Azərbaycan teatrının böyük bir dövrü ilə bağlıdır. Onun adı tamaşaçıların yaddaşına yaratdığı obrazlarla əbədi həkk olunub. On doqquz yaşında səhnəyə atılan gənc qız ömrünün sonrakı 50 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına həsr edib. O, 1964-cü ildən bəri teatrda, kinoda, televiziya tamaşalarında 300-dən çox müxtəlif səpkili, rəngarəng, bir-birinə bənzəməyən, Azərbaycan teatr sənətinin silinməz tarixinə çevrilən parlaq obrazlar yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza rolları Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazılıb.

Qeyd edilib ki, böyük istedada malik aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb, 10-dan çox teatr və televiziya tamaşasına quruluş verib. Bu tamaşaların çoxu lentə alınıb, hazırda televiziyanın “Qızıl fondu”nda saxlanılır.

Amalya Pənahovanın istedadının başqa bir cəhəti onun böyük təşkilatçılıq qabiliyyətinə malik olmasında idi. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edərək onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün səylərini əsirgəməyib. Amalya Pənahova teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə ən yüksək fəxri adlara layiq görülüb.

Sonda Amalya Pənahovanın ailəsi adından oğlu İlqar Muxtarov çıxış edərək anasının sənətinə verilən yüksək qiymətə və xatirəsinə göstərilən ehtirama görə tədbirin iştirakçılarına təşəkkürünü bildirib.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla