Rəhbərlik
Nazirliyin Aparatı
İncəsənət şöbəsi
Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsi
Kinematoqrafiya şöbəsi
Tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsi
Turizm şöbəsi
Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsi
Elm, təhsil və gənclərlə iş şöbəsi
Beynəlxalq əməkdaşlıq şöbəsi
İnsan resursları şöbəsi
İqtisadiyyat şöbəsi
Maliyyə və uçot şöbəsi
İnvestisiya və əmlakın idarə edilməsi şöbəsi
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Texniki təchizat və proqram təminatı şöbəsi

Səmədov Nazim Adil oğlu


Vəzifəsi:

Əlaqə nömrəsi:

E-poçt:

Nazir müavini

+994 12 492 05 92

n.samadov@mct.gov.az

Rəhbərlik

Səmədov Nazim Adil oğlu, 2 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1998-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun fransız dili fakultəsinin bakalavr pilləsini, 2000 və 2001-ci illərdə Fransanın Strasburq II Universitetinin və Azərbaycan Dillər Universitetinin magistratura pilləsini və 2006-cı ildə Qərb Universitetinin beynəlxalq hüquq üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə doktoranturaya qəbul edilmiş və 2007-ci ildə Strasburq II Universitetində elmi işini müdafiə edib fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
1999-2001-ci və 2004-cü illərdə Fransız Elmləri Beynəlxalq İnstitutunda, Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunda və France İnternationale Radiosunda təcrübə keçmişdir. 2000-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fransız dili müəllimi işləmişdir.
2004-2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin böyük məsləhətçisi və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. 2006-2011-ci illərdə yeni yaradılmış Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi sektorunun müdiri, daha sonra isə şöbə müdiri vəzifəsində işləmişdir.
2009-2011-ci illərdə Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın katibi olmuşdur.
Azərbaycan Respublikası ilə Litva Respublikası, Bolqarıstan Respublikası, Moldova Respublikası, Rumıniya və Monteneqro arasında hökumətlərarası komissiyalarının üzvüdür. GUAM ölkələrinin mədəniyyət və turizm üzrə işçi qrupunun koordinatorudur (2013-2015).
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvüdür (04.03.2013-cü il tarixdən).
2011-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavinidir.
Ailəlidir, iki qızı və bir oğlu var.

FAYDALI KEÇİDLƏR