Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
8456

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovaya Fransanın İncəsənət və Ədəbiyyat ordeninin Kavaler rütbəsi təqdim olundu

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovaya İncəsənət və Ədəbiyyat ordeninin Kavaler rütbəsinin təqdim olunması münasibətilə Fransa Səfirliyinin iqamətgahında tədbir keçirilib.

Tədbirdə Fransanın Azərbaycandakı səfiri Zakari Qross Ş.Məlikovanın Azərbaycan-Fransa mədəni əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Səfir Şirin xanımın 20 sərginin kuratoru, 11 monoqrafiyanın və müxtəlif məqalələrin müəllifi olduğunu bildirib: “O, həmçinin Şərq xalçaçılıq sənəti üzrə mütəxəssisdir. 2016- cı ildən bəri Bakının ən görkəmli muzeylərdən birinə rəhbərlik edir. Bu yaxınlarda Fransa səfirliyi ilə əməkdaşlıq çərçivəsində önəmli bir sərginin keçirilməsində də iştirak edib”. Zakari Qross Şirin xanım kimi insanların indiki və gələcək nəsillərə mədəniyyətin aşılanması istiqamətində mühüm işlər gördüyünü vurğulayıb. Səfir mədəniyyət əlaqələrinə verdiyi töhfələrə görə Şirin Məlikovaya minnətdarlığını bildirib və sonra ona ordeni təqdim edib.

Şirin Məlikova çıxışında İncəsənət və Ədəbiyyat ordeninin Kavaler rütbəsi ilə təltif olunduğu üçün səfir Zakari Qrossa minnətdarlığını bildirib: “Bu gün Azərbaycan-Fransa əlaqələri yüksək səviyyədə inkişaf edir. Bu işdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mühüm rolu var. Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın müxtəlif şəhərlərində mədəniyyətə həsr olunmuş tədbirlər keçirilir və bu artıq bir ənənəyə çevrilib. Fransanın Azərbaycandakı Səfirliyi biz azərbaycanlıları Fransa mədəniyyəti ilə tanış edir, tez-tez müxtəlif tədbirlər təşkil edir. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Luvr muzeyində İslam incəsənətinə məxsus zəngin kolleksiyanın təqdim olunduğu yeni zallar açılıb. Burada Azərbaycana aid nadir mədəni irs nümunələri, o cümlədən xalçalarımız da sərgilənir. 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində bu dəyərli sənət əsərlərindən XVIII-XIX əsrlərə aid üç Azərbaycan xalçası muzeyimizdə “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgidə nümayiş etdirilib”.

Şirin xanım səfirliyin iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük töhfələr verdiyini də vurğulayıb. O, Azərbaycan xalçalarının əsrlər boyu fransalılar tərəfindən yüksək dəyərləndirildiyini, onların Fransa muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanıldığını deyib.

Ş.Məlikova sonda ona təqdim olunan mükafatın iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, Fransa muzeyləri ilə birgə əməkdaşlığın inkişafı istiqmətində bundan sonrakı fəaliyyəti üçün böyük stimul olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, İncəsənət və Ədəbiyyat Kavaleri ordeni bədii, ədəbi sahədə incəsənətə və ədəbiyyata töhfələr verən şəxslərə təqdim olunur.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib