Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1448

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas işə başlayıb

Sessiyanın ilk günü Bakı Bəyannaməsi qəbul edilib

İyulun 1-də Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas işə başlayıb. Plenar iclasda sessiyanın gündəliyi açıqlanıb və iştirakçı ölkələrin nümayəndələrinin hesabatları dinlənilib.

Sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamlayıb, gündəliklə bağlı məlumat verib.

Bildirib ki, dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatıldığı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır. “Bütün iştirakçılar Azərbaycanın mədəni irsi ilə artıq tanışdırlar. Möhtəşəm açılış mərasimi onlarda ölkəmiz haqqında geniş təsəvvür yaradıb. Biz çalışmalıyıq ki, bütün qonaqlar bu sessiyada öz fikirlərini sərbəst şəkildə çatdıra bilsinlər”,- deyə Mədəniyyət naziri bildirib.

UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler tədbirin əhəmiyyətini vurğulayıb. Tədbir çərçivəsində keçirilən Abidə Menecerlərinin Forumu və Gənc Peşəkarlar Forumunun işini yüksək dəyərləndirən direktor təşkil edilən sessiyalarda maraqlı müzakirələrin şahidi olduğunu diqqətə çatdırıb. Bildirib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Bakıya bu sahənin çoxsaylı mütəxəssisləri toplaşıb. Burada olduğumuz bir neçə gün ərzində biz təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyinin şahidiyik. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, Azərbaycan mədəni sərvətlərinə, irs nümunələrinə diqqət və qayğı ilə yanaşır.

Sessiyada müzakirə ediləcək bütün məsələlərin komitənin veb-saytında canlı olaraq yayımlandığını söyləyən xanım Rossler diqqətə çatdırıb ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının gündəliyinə büro üzvlərinin istəyi ilə dəyişiklik edilə bilər.

Bildirilib ki, Bakı sessiyasında UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Sessiyalarda ilk olaraq siyahı üzrə təbiət, daha sonra mədəni obyektlər üzrə nominasiyalar müzakirə ediləcək. Vurğulanıb ki, sessiya çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgi də təşkil olunacaq. Eyni zamanda, Bakıda UNESKO-nun siyahısında olan və təhlükə ilə üzləşən 166 abidənin hazırkı vəziyyəti müzakirə ediləcək.

Sonra UNESKO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasının məruzəçisi Anna Zeçner çıxış edib. O, ötən sessiya haqqında geniş məlumat verib və bildirib ki, sessiyada 225 qərar qəbul edilib və 19 mədəniyyət nümunəsi UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb. Bununla da UNESKO-nun siyahısına daxil olan mədəniyyət nümunələrinin sayı 1092-yə çatıb. Bildirib ki, Bəhreyndə 2975 nümayəndənin qatıldığı 42-ci sessiyada 157 konservasiya olunmuş abidənin durumu barədə məlumat verilib və 54 irs nümunəsi təhlükədə olan mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyinin əməkdaşı Rəşad Baratlı hesabatla çıxış edib. O, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Sonra Norveç, Zimbabve, Tunis, Tanzaniya, Braziliya, Bosniya və Herseqovina, Koreya Respublikası, Fransa və digər ölkələri təmsil edən nümayəndələr çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını ifadə ediblər.

Dünyada mədəni irsin qorunmasının vacibliyindən danışan natiqlər bu istiqamətdə UNESKO-nun Ümumdünya İrs Mərkəzinin gördüyü işləri yüksək qiymətləndiriblər. Bildirilib ki, Ümumdünya İrs Mərkəzi ilə qurulan və genişləndirilən əlaqələr dünyada həm sülhə, həm də mədəni inkişafa xidmət edir.

Vurğulanıb ki, Bakı sessiyasının keçiriləcəyi günlərdə dünya üçün əhəmiyyətli olan məsələlər müzakirə ediləcək, təhlükədə olan tarixi abidələrlə bağlı geniş fikir mübadiləsi aparılacaq və bir çox mədəni nümunələr UNESKO-nun siyahısına salınacaq.

Günün birinci yarısındakı müzakirələrə yekun vuran təşkilat komitəsinin sədri Əbülfəs Qarayev Bakı Bəyannaməsinin qəbul olunmasını təklif edib. Bildirib ki, bu bəyannamə dünyada mədəni irsin qorunmasına xidmət edir və dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək məqsədi daşıyır.

Sonra iştirakçı ölkələr tərəfindən Bakı Bəyannaməsi qəbul edilib.

Tədbirdə 43-cü sessiya çərçivəsində təşkil edilən “Dünya irsi. Gənc Peşəkarlar Forumu” barədə də məlumat verilib. Bildirilib ki, iyunun 24-də işə başlayan forumda dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iştirak edib. Son illər Ümumdünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil edilən Gənc Peşəkarlar Forumunun builki mövzusu “Ümumdünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar”a həsr olunub. Forumun ümumi məqsədi XXI əsrdə dünyada irsin idarə edilməsində mövcud problemlərin və imkanların üzə çıxarılmasıdır.

“Dünya irsi. Gənc Peşəkarlar Forumu”na həsr edilmiş videomaterialın təqdim edildiyi tədbirdə bir daha gənc peşəkarlar məqsəd və məramlarını və gələcəyə ünvanlanmış mesajlarını diqqətə çatdırıblar.

Sonra “Dünya irsi. Gənc Peşəkarlar Forumu”nun üzvləri xatirə şəkli çəkdiriblər.

Plenar iclas işini davam etdirir.

XƏBƏRLƏR

06.04.2020 15:34
İlham Namiq Kamal: "Hamını bir-birinə dəstək olmağa çağırıram"
06.04.2020 14:04
Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edir
06.04.2020 12:26
Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib
06.04.2020 10:03
Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir
02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb