Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2843

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova: “2018-ci ildə ziyarətçilərin sayı 110 minə çatdı”

Azərbaycan Xalça Muzeyi 2018-ci ili yola salır və son 12 aylıq fəaliyyətinin nəticələrini yekunlaşdırır. “Bəhs etməyə çox mövzumuz var, çünki bu il ərzində muzeyin fəaliyyəti yeni mərhələyə qədəm qoydu. İlk növbədə, ziyarətçi sayı daim artır. Əgər iki il bundan əvvəl Azərbaycan Xalça Muzeyini 60 minə yaxın insan ziyarət etmişdisə, ötən il bu göstərici 85 min nəfərdən çox, 2018-ci ildə ziyarətçilərin sayı 110 minə çatdı” – muzeyin direktoru Şirin Məlikova vurğulayır.

Muzeyin fondu, onun bütün kolleksiyaları daim artır. Belə ki, 2018-ci ildə Heydər Əliyev Fondu muzeyin ən qiymətli eksponatlarına çevrilmiş  XVII əsrin nadir xalçaları olan "Xətai”(Əjdahalı), "Naxçıvan" və italiyalı kolleksioner Mirko Kattai XIX əsrə aid Qubanın möhtəşəm “Hacıqayıb” xalçasını muzeyimizə hədiyyə etdilər. Bundan əlavə, xaricdən vətənə qaytarılan iki xalça -  XIX əsrə aid Quba qrupuna aid “Sırt-Çiçi” və Bakı qrupuna aid “Xilə-buta” xalçası satın alınaraq, bizim kolleksiyamızı zənginləşdirdi.

İstənilən muzeyin fəaliyyətindən biri sərgilərin təşkili və keçirilməsidir. Muzeyimiz tərəfindən həm ölkədaxili, həm də xaricdə - müstəqil olaraq və müxtəlif yerli və xarici təşkilatlarla əməkdaşlıq çərçivəsində bir sıra sərgilər təşkil olundu. Bunlar sırasında muzey keçirilən sərgilər: Bakı xalçalarının  yeni çeşniləri, Tahir Salahovun portret xalçaları, qədim kəlağayılar və s., eləcə də xarici sərgi layihələri: Vyanada “Uçan xalça”, Moskvada “Yeddi gözəl”, Çində keçirilən Çinqay Beynəlxalq Xalça sərgisində muzeyin iştirakı və bir sıra digər sərgilər var.

Bu il Azərbaycan Xalça Muzeyi Topkapı Sarayı Muzeyi, Türk və İslam Əsərləri Muzeyi, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Rusiya Etnoqrafiya Muzeyi kimi xarici muzeylərlə işgüzar əməkdaşlığını genişləndirdi. Muzeyimizin əməkdaşları Hindistan, Gürcüstan, ABŞ və Çində keçirilən elmi konfranslarda iştirak etdilər.

Azərbaycan Xalça Muzeyi yalnız sərgilər üçün nəzərdə tutulmuş məkanı deyil, həm də elmi müzakirələr üçün bir forumdur. 2018-ci ildə burada iki böyük beynəlxalq tədbir keçirildi. Onlardan biri Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin “Dekorativ sənət və interyer” adlı konfransı idi. Digəri isə “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili–naxışlar”simpoziumu idi. Simpozium çərçivəsində elmi konfrans, ustad dərsləri, moda nümayişi, ənənəvi və müasir keçə məmulatlarından ibarət sərgilər, muzeyimizin kolleksiyasından tikmə haqqında kitabın təqdimatı keçirildi. Tədbirə 22 ölkədən 80-dən artıq iştirakçı qatıldı.

Əlbəttə ki, 2018-ci ildə muzey işinin müxtəlif sahələrində peşəkarlar üçün xarici mütəxəssislər tərəfindən ənənəvi şəkildə keçirilən treninqlər və arzu edən hər kəs üçün ödənişsiz mühazirələr davam etdirildi. Həmçinin müvafiq ixtisas üzrə təhsil alan tələbələr üçün könüllü proqramı və muzey təcrübəsi də uğurla keçirilir. Kiçik ziyarətçilər də unudulmadı: muzey onlar üçün yeni ekskursiya və ustad dərslərindən ibarət “Art şənbə” layihəsini hazırladı, həmçinin proqramları muzey kolleksiyalarının öyrənilməsinə əsaslanan kvestlər (komanda yarışları) təşkil etdi.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, əməyimiz yalnız ziyarətçilər tərəfindən deyil, həmçinin beynəlxalq muzey təşkilatları tərəfindən yüksək qiymətləndirilir. 2018-ci ildə Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülüb. Muzey həmçinin Avropa Muzey Forumu tərəfindən “Avropanın ən yaxşı muzeyi 2018” mükafatına namizəd muzey arasında idi. O, burada  “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatı ilə təltif olundu.   Nəhayət, iki il ardıcıl olaraq, muzeyimiz dünyanın ən yaxşı muzeyi kimi “TripAdvisor”un “Mükəmməllik sertifikatı”na layiq görülmüşdür.

 

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib