Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4282

Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək

17-20 oktyabr tarixində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin birgə iştirakı ilə Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək. Tədbir Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” 14 noyabr 2016-cı il tarixli sərəncamına uyğun olaraq təşkil olunacaq.

Simpoziuma hazırlıqla əlaqədar 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlıq işlərinə başlanılıb, beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı üçün strateji tərəfdaşların cəlb olunması prosesi həyata keçirilir. Bu məqsədlə 2016-cı ilin noyabr ayında Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (İCOC) İcraiyyə Şurasının akademik komitəsinin sədri Alberto Boralevi və Böyük Britaniyanın nüfuzlu “Hali” jurnalının baş redaktoru Ben Evans Bakıda səfərdə olublar. Beynəlxalq tədbirlə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə İCOC və “Hali” jurnalı arasında niyyət protokolu imzalanıb və jurnal tədbirin rəsmi media tərəfdaşı olub. Bu protokolun imzalanmasından sonra dərginin həm çap, həm də sayt variantında Azərbaycanda xalça və xalça məmulatlarının istehsalından bəhs edən məqalələr yerləşdirilir, ölkəmiz haqqında geniş məlumat oxucuların diqqətinə çatdırılır.

Eyni zamanda ölkəmizdə səfərdə olan jurnalın əməkdaşlarına nazirlik tərəfindən regionlarımızla yaxından tanışlıq məqsədilə turlar təşkil edilib və qonaqlar bölgələrimizin maddi-mədəni zənginliyi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Səfərin nəticələrinə uyğun olaraq simpozium çərçivəsində 8 günlük Bakı-Tbilisi marşrutu üzrə “Hali Carpet Tour” adlı tur-paketin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, simpoziumun beynəlxalq tərəfdaşı kimi İCOC təşkilatı iştirak edir. Bu təşkilat 35 ildən çoxdur ki, Şərq xalçalarının Qərb ölkələrində təbliği və öyrənilməsi ilə məşğuldur. 2014-cü ildən nazirliyin dəvəti ilə İCOC-un nümayəndələri mütəmadi olaraq azərbaycanlı həmkarları ilə görüşürlər keçirir, ustad dərsləri, muzey işinin təşkili sahəsində təcrübə mübadiləsi aparırlar.

Simpoziumun beynəlxalq akademik komitəsinə həmsədr olaraq Alberto Boralevi və ölkəmizdən Azərbaycan Milli İncəsənət Muzeyinin şöbə müdiri Toğrul Əfəndiyev, üzvlər siyahısına isə AMEA-nın və Milli İncəsənət Muzeyinin əməkdaşları cəlb ediliblər.

Beynəlxalq tədbir çərçivəsində sərgilərin, elmi sessiyaların və mədəni proqramların təşkili nəzərdə tutulur. Tədbirlər planına uyğun olaraq Milli İncəsənət Muzeyində 17 oktyabr 2017-ci ildən 15 yanvar 2018-ci il tarixədək “İpək inciləri: qədim  Azərbaycan tikmələri” adlı sərgi keçiriləcək. Sərgidə muzeyin daxili eksponatları ilə yanaşı Londonun Viktoriya və Albert Muzeyi, Vaşinqtonun Tekstil Muzeyində qorunan unikal Azərbaycan xalçaçılıq və tikmə nümunələri sərgilənəcək. Sərginin kuratorları Alberto Boralevi və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyada yaşayan eksperti Əsli Səmədova, layihə rəhbəri isə İCOC-un italiyalı nümayəndəsidir.

Simpozium müddətində həmçinin Azərbaycan Xalça Muzeyində “Müasir incəsənət və xalçalar” adlı kollektiv beynəlxalq sərginin keçirilməsi də planlaşdırılır. Konfransa təqdim olunacaq məruzələri tədbirin rəsmi saytında onlayn şəkildə qeydiyyatdan keçirmək mümkündür.

XƏBƏRLƏR

29.04.2024 14:22
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29.04.2024 09:49
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb
26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib