Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3022

Şəkidə TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib

Dekabrın 1-də Şəki şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətinin binası qarşısında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzdülər, dahi siyasətçinin xatirəsi ehtiramla yad olundu.

“Marxal” müalicə-istirahət kompleksində keçirilən toplantıda qonaqlar AMEA Tarix İnstitutunun Azərbaycanın və türk dünyasının tarixinə dair nəşrlərindən ibarət sərgiyə baxdılar.

Toplantının gündəliyinə Daimi Şuranın ötən ilki fəaliyyətinin qiymətləndirilməsi, ənənəvi festivalların, cari və yeni layihələrin müzakirəsi, üzv ölkələr arasında mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər daxil edilmişdi.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətindən söz açdı, təşkilatın təşəbbüsü ilə ölkəmizdə gerçəkləşən tədbirlərin ümumi mədəni irsimizin, incəsənətimizin qorunması, öyrənilməsi, türk xalqlarının yaxınlaşması, mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı: “TÜRKSOY həm türk xalqları arasında, həm də beynəlxalq arenada türkdilli xalqların mədəniyyətlərinin təbliği istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Sevindirici haldır ki, TÜRKSOY artıq bütün mötəbər beynəlxalq tədbirlərdə ən yüksək səviyyədə təmsil olunur və onun beynəlxalq təşkilat kimi fəaliyyəti dünyanın nüfuzlu qurumları tərəfindən alqışlanır”.

Əbülfəs Qarayev bildirdi ki, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəkiyə həsr olunması bizim üçün olduqca qürurvericidir: “Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan şəhərlərimizdən biridir. Azərbaycan memarlığının ən gözəl nümunələri bir hissəsi də bu şəhərdə yerləşir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb, müasir istirahət mərkəzləri, yeni hotellər istifadəyə verilib. Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib”.

Vurğulandı ki, 2010-cu ildən Şəkidə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı təşkil olunur, 2014-cü ildə burada I Beynəlxalq Teatr Festivalı keçirilib. Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində 2007-ci ildən başlayaraq ümummilli liderin xatirəsinə həsr olunmuş Atüstü Milli Oyunlar Festivalı və “Prezident kuboku” uğrunda çövkən yarışları keçirilir. Bu ilin 15-24 sentyabr tarixində isə “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı təşkil edildi.

Nazir qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkdilli ölkələrdə iştirak etdiyi bütün tədbirlərdə TÜRKSOY-u xalqlarımızın mədəniyyətinin təbliğində ən vacib qurum kimi qiymətləndirib: “Bu beynəlxalq təşkilat 90-cı illərin əvvəllərində müstəqillik qazanan ölkələrlə həmyaşıddır. TÜRKSOY son dövrlərdə mədəni irs nümunələrimizin geniş məkanda təbliği üçün çox mühüm layihələr reallaşdırır. Türkdilli ölkələrin teatr xadimlərinin görüşləri, rəssamların birgə sərgiləri təşkil olunur. BMT, UNESCO, Avropa Şurası və digər beynəlxalq qurumların qərargahlarında Novruz bayramının birgə qeyd edilməsi, film festivalları, türk dünyasının dahi şəxsiyyətlərinin yubiley illərinin, xüsusi medal və mükafatların təsis edilməsi və digər onlarla belə uğurlu layihələr həyata keçirilir”.

Əbülfəs Qarayev Azərbaycanın təşəbbüsü ilə Türkiyə, İran, Qırğızıstan və Qazaxıstanın lavaşla bağlı birlikdə sənəd hazırlayaraq UNESCO-ya təqdim eydiyini diqqətə çatdırdı. Bildirdi ki, “İncə çörəkbişirmə və paylaşma mədəniyyəti: lavaş, katırma, jupka, yufka” adlı fayl UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 28 noyabr - 2 dekabr tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında müzakirə edilərək yekun qərar verilib. Beləliklə bütün bu çörək bişirmə ənənələri Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Qazaxıstanı birləşdirən beynəlxalq bir mətbəx nümunəsi kimi təşkilatın “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsinin heç də təsadüfi olmadığını vurğuladı. Qeyd etdi ki, Şəki öz qədim mədəniyyəti, adət-ənənəsi, mətbəxi, tarixi irsi ilə buna sahib olub. Baş katib “paytaxtı ili” çərçivəsində Şəkidə çoxsaylı tədbirlətin keçirilməsini yüksək qiymətləndirdi.

Sonra TÜRKSOY-un fəaliyyəti ilə bağlı vidioçarx nümayiş olundu.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Ramil Həsənov çıxış edərək şuranın fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, Türk Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış “Naxçıvan sazişi”nə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Şura 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranıb.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “paytaxt ili” ərzində həyata keçirilən mədəni-kütləvi tədbirlər barədə hesabatla çıxış etdi. Son illər Şəkidə aparılan tikinti-quruculuq işləri nəticəsində şəhərin simasının dəyişdiyi vurğulandı.

Daha sonra TÜRKSOY-a üzv ölkələrin nümayəndələri çıxış edərək mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün göstərilən səylərin artırılmasının vacibliyini qeyd etdilər.

XƏBƏRLƏR

03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib
03.05.2024 16:15
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilib
03.05.2024 16:12
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub
01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 15:37
Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiya təşkil edilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
01.05.2024 11:35
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
30.04.2024 13:05
Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
29.04.2024 14:22
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29.04.2024 09:49
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb
26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək