Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1857

Humanitar Forumun üçüncü plenar sessiyası “Bakı Prosesi”nin 10 illiyinə həsr olunub

Oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Bakı Prosesi” – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” mövzusunda III plenar sessiya işə başlayıb.

Əvvəlcə “Bakı Prosesi”ndən bəhs edən film nümayiş etdirilib.

Plenar sessiya Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin moderatorluğu ilə keçirilir.

“Bakı Prosesi”nin tarixi barədə danışan nazir bildirib ki, bu, mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün Avropa və ona qonşu regionların ölkələrinin mədəniyyət nazirlərinin Avropa Şurası ilə tərəfdaşlıq çərçivəsində 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş konfransı zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. On il ərzində müxtəlif beynəlxalq təşkilatlarla bu məsələdə birgə əməkdaşlıq edilib. Görülən bütün işlər mədəniyyətlərarası dialoqa mühüm töhfələr verib.

Bakı Beynəlxalq Humanitar Forumuna marağın ildən-ilə artdığını deyən nazir qeyd edib ki, bu günə qədər müxtəlif mövzular ətrafında müzakirələr aparılıb. Həmçinin müxtəlif sahələr üzrə nazirlərin görüşləri təşkil edilib. Turizm sənayesi bu proqramlara qoşulub, mədəni dialoqda fəal iştirak edir. Biznes dairələrinin rəhbərləri də bu mədəni mübadilələrə qoşulmağa dəvət edilib. Davos İqtisadi Forumu çərçivəsində mədəniyyət nazirlərinin görüşü keçirilib. Yeni cəmiyyətlərin formalaşmasında mədəniyyətlərin rolu həmin görüşdə ətraflı müzakirə edilib.

“Bu gün “Bakı Prosesi”nin çox gözəl nəticələrinin şahidiyik. Bu 10 il ərzində bizə dəstək verən hər kəsə Azərbaycan Hökuməti adından təşəkkür edirəm”, - deyə nazir vurğulayıb.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış edərək deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu mühüm təşəbbüsü dünyanı bürüyən iqtisadi, siyasi böhran fonunda çox mühüm və müdirik qərar oldu. Bu təşəbbüs dünya ictimaiyyətinə böyük ümidlər verdi. Mədəniyyətlərarası dialoq üçün ümidlər yarandı. Azərbaycan Bakı Beynəlxalq Humanitar forumlarını və digər beynəlxalq tədbirləri keçirməklə dünyada sülhə, əmin-amanlığa, dostluğa, qardaşlığa önəm verdiyini nümayiş etdirir.

UNESCO-nun sabiq baş direktoru İrina Bokova “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı keçirilən sessiyanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, bu istiqamətdə birgə aparılan işlərin davamlı olmasının vacibliyini vurğulayıb: “Çünki biz birgə xalqlarımızın, cəmiyyətlərimizin gələcəyini müəyyənləşdiririk. Mədəniyyətlərarası dialoq üçün siyasi gündəliyin olması çox mühümdür. Burada mən şahidi oluram ki, Bakı forumları mövcud problemlərin müasir həll yollarının tapılmasına mühüm töhfələr verir. Biz yalnız mədəniyyətlərarası dialoqa diqqət yetirməklə mənfi çağırışlara qarşı mübarizə apara bilərik. Çox sevinirəm ki, artıq bu istiqamətdə aparılan işlərə, mədəniyyətlərarası dialoqa beynəlxalq ictimaiyyət də mühüm töhfələr verir və dəstək göstərir.

UNESCO-nun baş direktorunun müavini Çu Sin qeyd edib ki, UNESCO hər zaman bu fəaliyyətdə yaxından iştirak edib. Azərbaycan “Bakı Prosesi”nin inkişafı üçün mühüm işlər görür. Biz şahidiyik ki, cəmiyyətlərdə qarşıdurmalar baş verir, dünya böyük böhranlarla üzləşir. Hətta mədəni müxtəliflik məsələləri də təhdid altındadır. Ona görə də mədəniyyətlərarası dialoq bizim qarşımızda dayanan mühüm çağırışdır. Hesab edirəm ki, dialoq, anlaşma sülh quruculuğunda mühüm açar rolunu oynaya bilər. “Bakı Prosesi” bizim gələcəyimizə çox böyük töhfələr verəcək. Bu proses fərqli, lakin maraqlı dairələri bir araya gətirdi və bizim üçün gözəl bir müzakirə platforması yaratdı. “Bakı Prosesi” UNESCO-nun fəaliyyətinə də töhfə verir.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib