Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1182

Mədəniyyət və Turizm Nazirliyi Buktreyler Festivalının təşkilati dəstəkçisi oldu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 19-da Sumqayıt Şəhərinin Tarix Muzeyində Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edərkən kinoaktyor Ruslan Sabirli tərəfindən ölkəmizdə kitaba marağın təbliğ olunması və mütaliənin təşviqi məqsədilə Azərbaycanda İlk Buktreyler Festivalının keçirilməsi təşəbbüsü irəli sürülmüşdür.

Bu təşəbbüs nazir Əbülfəs Qarayevin marağına səbəb olmuş və Buktreyler Festivalının keçirilməsinə kömək məqsədilə o, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində kinoaktyor Ruslan Sabirlinin və nazirliyin məsul şəxslərinin iştirakı ilə müşavirə keçirmişdir. Nazir müşavirədə Azərbaycanda ilk dəfə keçiriləcək Buktreyler Festivalı təşəbbüsünü bəyəndiyini bildirmiş, sözügedən festivalın cəmiyyətimizə və ölkəmizin gəncliyinə verə biləcəyi tövhələrini vurğulamışdır. Daha sonra isə kinoaktyor Ruslan Sabirli festivalın məqsəd və vəzifələri, keçirilmə qaydaları və bunun üçün ehtiyac duyulan dəstək barədə müşavirə iştirakçılarına ətraflı məlumat vermişdir.

Müşavirədə Festivalın münsiflər heyətinin tərkibinin seçilməsi, işlərin son qəbul tarixi, festivalın keçirilmə yeri, qaliblərin mükafatlandırılması və s. kimi mühüm məsələlər müzakirə olunmuşdur.

İşlərin qəbul tarixinin 10 aprel 2016-cı il tarixinədək artırılması, eləcə də 1, 2 və 3-cü yer qaliblərinə müvafiq olaraq 1000, 800 və 500 manat pul mükafatının təyin edilməsi barədə qərar qəbul edilmişdir. Nazir Əbülfəs Qarayev bu sadalananların gənclərin festivalda iştirakını stimullaşdırması üçün mühüm şərt hesab etdiyini söyləmiş, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin festivalın keçirilməsinə lazımi təşkilati dəstək göstərəcəyini bildirərək bu məqsədlə müvafiq göstərişlər vermişdir.

Məlumat:

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir. Buktreylerləri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar.

 

Festivalın məqsədləri:

  • kitab və mütaliənin cəmiyyətdə təbliği;
  • kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması;
  • buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı.

 

Festivalın saytı: www.booktrailer.az

Festivalın Facebook səhifəsi: www.facebook.com/BooktrailerFest

 

İşlərin son qəbul tarixi: 10 Aprel, 2016

 

Festivalda iştirak şərtləri və buktreylərə olan tələblərlə bu linkdən tanış olmaq olar:

https://www.facebook.com/notes/book-trailer-festival/boook-trailer-festival-2016/1121468731220217

 

Yaranmış bütün suallarla bağlı aşağıdakı email vasitəsilə müraciət etmək mümkündür:

Email: festival2016@booktrailer.az

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!