Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
377

VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Birgə Bəyanat imzalanıb

Noyabrın 16-da Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev ilə Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinskiy arasında ikitərəfli görüş keçirilib. Görüşdən sonra tərəflər Azərbaycanın 2020-ci ildə Forumda “fəxri qonaq ölkə” statusunda təmsil olunması haqqında Birgə Bəyanat imzalayıblar. Qeyd edək ki, “fəxri qonaq ölkə” statusu forum müddətində müxtəlif tədbirlər keçirməklə Azərbaycan mədəniyyətinin təbliği üçün geniş imkanlar yaradır.

VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində keçirilən təntənəli imzalanma mərasimində iştirak edən Rusiya Federasiyası hökümət sədrinin müavini Olqa Qolodets və ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, həmçinin hər iki ölkənin mədəniyyət nazirləri imzalanmadan sonra çıxış edərək ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyəli inkişafından məmnunluqlarını ifadə ediblər.

Daha sonra nazir Əbülfəs Qarayev Sankt-Peterburq Musiqi Liseyinin direktoru Vitaliy Romanov ilə görüşüb.

Forumun ikinci günü nazir Ə.Qarayev “Kreativ mühit və urbanistika” mövzusunda plenar iclasda, Asif Xanın müasir arxitektur cərəyanlar mövzusunda mühazirəsində və digər sessiyaslarda iştirak edib.

Forum öz işinə 18 noyabr tarixinədək davam edəcək.

 

XƏBƏRLƏR

07.12.2018 19:59
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi qeyd edildi
07.12.2018 17:33
Ölkəmiz Avstriyanın Vyana şəhərində keçirilən “Avropa Mədəni İrs İli-2018” adlı tədbirdə təmsil olunur
07.12.2018 17:18
Mədəniyyət naziri Əbülfəs Qarayev Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri ilə görüşüb
07.12.2018 16:59
Şamaxı şəhərində Prezident təqaüdçülərinin konserti keçirildi
07.12.2018 15:49
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru Dövlət Xor Kapellası ilə bir səhnəni bölüşdü
07.12.2018 12:40
Sabirabadda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
07.12.2018 11:28
Azərbaycan Xalça Muzeyində konservasiya üzrə növbəti ustad dərsləri keçirilib
07.12.2018 11:22
Bakıda isveçli rəssamın fərdi sərgisi açılıb
06.12.2018 15:26
Həsən Məmmədovun 80 illik yubileyi Salyan şəhərində təntənəli şəkildə qeyd olundu
06.12.2018 15:21
UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycan növbəti uğura imza atıb
06.12.2018 14:42
Zaqatala və Ağsu rayonlarında “Mədəniyyət işçilərinin müasir peşə səriştələri” adlı beynəlxalq seminar-təlim keçirilmişdir
06.12.2018 14:28
Xalq artisti Gülxar Həsənovanın 100 illiyinə həsr olunmuş tədbir keçirildi
06.12.2018 14:16
Azərbaycanın İsmayıllı və Özbəkistanın Rişton şəhərləri qardaşlaşıb
06.12.2018 11:21
Avrasiya Kitabxanalar Asssambleyası üzvlərinin növbəti iclası keçirilib
05.12.2018 16:48
Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib
05.12.2018 16:40
Kitabxana bəşəriyyətin mədəniyyət və elm xəzinəsidir
05.12.2018 15:08
Quba Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş “Əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir
05.12.2018 14:01
Respublika Gənclər Kitabxanasında “Kitabxanalar - ənənələr və innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi
05.12.2018 10:14
Xoreoqrafiya Akademiyasinda QİÇS-lə mübarizəyə həsr olunmuş seminar keçirilib
05.12.2018 10:02
Azərbaycan muğamının UNESCO-nun reprezentativ siyahısına daxil edilməsinin yubileyi Ankarada təntənə ilə qeyd olunub
04.12.2018 16:12
Respublika Gənclər Kitabxanasının 90 illiyi qeyd olunacaq
04.12.2018 16:03
“Mir Mehdi Seyidzadə: biblioqrafiya” kitabının təqdimatı olub
04.12.2018 14:13
“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin dekabr sayı çapdan çıxıb
04.12.2018 14:03
Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi
04.12.2018 11:10
Baki Xoreoqrafiya Akademiyasinda Xalq şairi Məmməd Arazin 85 illiyi qeyd olunub