Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1686

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb

Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb. Münsiflər heyətinin qərarı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşların qatıldığı müsabiqəyə ümumilikdə 26 layihə təqdim edilib. Ötən müddət ərzində təqdim olunan ərizə və eskizlər (maketlər) Heydər Əliyev Mərkəzində, eləcə də müsabiqənin elektron poçt ünvanında qəbul olunub.

Bu sözləri jurnalistlərə müsahibəsində Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov deyib. Onun sözlərinə görə, müsabiqədə tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəllif də iştirak edir. Müsabiqədə iştirak edənlər arasında Azərbaycanın məşhur heykəltəraşları – Xalq rəssamları Xanlar Əhmədov, Natiq Əliyev, Ömər Eldarov, Səlhab Məmmədov, Əməkdar rəssam Azad Əliyev, həmçinin Cəlil Qaryağdı da var. Azərbaycandan kənarda yaşayan tanınmış heykəltəraş Rahib Həsənov da müsabiqəyə layihə təqdim edib.

Müsabiqəyə Azərbaycanın bölgələrindən də (Gəncə şəhəri və Saatlı rayonu) heykəltəraşlar qoşulublar. “İctimaiyyətdə böyük maraq yaratdığına görə peşəkarlarla yanaşı, həvəskarlar da müsabiqəyə qatılıblar. Belə ki, ixtisasca hüquqşünas olan, həvəskar heykəltəraş İlkin Məmmədov layihə təqdim edənlər arasındadır.

Təqdim olunan eskizlərdə Hacı Zeynalabdin Tağıyevin faytonu, buxara papağı, ənənəvi libası, təsbehi, əsası, orden və medalları, bənnaçılıqdan başlayaraq tikinti ustası və təşkilatçısı kimi formalaşması, onu milyonçuya çevirən neft buruqları, təhsilə qayğısı əsas elementlər kimi göstərilir.

Təşkilat komitəsi verilmiş ərizə və eskizlər arasından bir qalib müəyyənləşdirəcək. Müsabiqə iştirakçılarının seçimi mövzuya uyğunluq, müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialının emal texnologiyasına uyğunluğu kimi meyarlar üzrə həyata keçirilir.

Heykəlin ucaldılması müəllifin və ya onun müvəkkili olan şəxsin bilavasitə müşahidəsi altında, müsabiqənin təşkilatçısı tərəfindən seçilmiş yerdə həyata keçiriləcək.

Hacı Zeynalabdin Tağıyevin heykəlinin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqəyə ərizə və eskizlər bu ilin aprelin 25-dən iyunun 30-dək qəbul olunurdu. Müsabiqəyə olan maraq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov və bir sıra heykəltəraşların müraciətləri nəzərə alınaraq müsabiqə avqustun 31-dək uzadılmışdı.

 

XƏBƏRLƏR

17.02.2020 09:24
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
17.02.2020 09:19
Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2020 09:07
“Balaca Şahzadə” yenidən səhnədə
14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir
14.02.2020 16:29
Musiqi məktəbinin şagirdi Cenevrə Konservatoriyasının tələbəsi olub
14.02.2020 16:13
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib
14.02.2020 14:17
Musiqili Teatrın yaradıcı heyəti görkəmli yazıçı Çingiz Aytmatovun əsərini səhnələşdirir
14.02.2020 11:00
Respublikanın Əməkdar artisti Xudayət Əsgərov mükafatlandırılıb
14.02.2020 10:16
Beynəlxalq kitab bağışlama günüdür
13.02.2020 16:52
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
13.02.2020 16:50
Kukla Teatrının hazırladığı yeni tamaşa - “Qızıl balıq”
13.02.2020 15:14
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində tədbirlərə start verilib
13.02.2020 09:38
UNESKO-nun sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin görüşü olub