Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2955

İmaddədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi açılıb

Sentyabrın 28-də Azərbaycan Milli Xalça Muzeyində böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi açılıb.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində baş tutan sərginin açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edib.

Nazir bildirib ki, 1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi: “Son illərdə də şairin şəxsiyyəti, yaradıcılığı həm ölkəmizdə, həm də beynəlxalq arenada layiq olduğu yüksək dəyəri alır, dünya ictimaiyyətinə tanıdılır. Belə ki, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə 2017-ci ilin may ayında Parisdə, UNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd olunub. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ilk dəfə Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı keçirilib”.

Mədəniyyət naziri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Sərəncamının və Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının böyük mütəfəkkirin irsinin dərindən tədqiqinə şərait yaratdığını diqqətə çatdırıb. Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünasların, filosofların, rəssamların, şair və alimlərin, musiqi, rəqs, teatr qruplarının iştirakının Nəsiminin fikir və düşüncələrinin dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin təbliği baxımından da mühüm əhəmiyyət kəsb etdiyini deyib: “Festival çərçivəsində keçirilən Beynəlxalq xalça eskizi müsabiqəsi və Mədəniyyət Nazirliyinin “SÖZ” layihəsinin gənc şairlər arasında elan etdiyi ən yaxşı poetik əsər müsabiqəsi də Nəsimi poeziyası, onun fəlsəfi ideyalarının ayrı-ayrı incəsənət növləri vasitəsilə tərənnümü baxımından əhəmiyyətlidir. Belə müsabiqələr Nəsiminin ədəbi-mədəni irsinin öyrənilməsi ilə yanaşı, gənc istedadların üzə çıxarılmasına, cəmiyyətə təqdim olunmasına xidmət edir”.

Sonra Beynəlxalq xalça eskizi müsabiqəsinin, həmçinin Mədəniyyət Nazirliyinin “SÖZ” layihəsi çərçivəsində elan edilən ən yaxşı poetik əsər müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib.

Beynəlxalq xalça eskizi müsabiqəsinin nəticələrinə əsasən Fatimə Axundzadənin “Nəsim yeli” eskizi I yerə, Ruhəngiz Bağırovanın “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” adlı işi II yerə, Sürəyya Dadaşovanın “Göz yaşı” əsəri isə III yerə layiq görüldü. Ən yaxşı poetik əsər müsabiqəsinin qalibləri isə Orxan Behbid, Zaur Rəxşan, Sahib Məmmədov, Gülbala Dadaş, Tərlan Sadiq, Saleh Səbat, Adil Əkbər, Elsər Qədri, Nicat Nəsri, Səlim Nəsirli oldu.

Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova ölkəmizdə qədim tarixə malik xalçaçılıq sənətinin hazırda daha da inkişaf etdirildiyini, Heydər Əliyev Fondunun bu sahəyə böyük diqqət və dəstək göstərdiyini vurğulayıb. Şirin Məlikova Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkil etdiyi müsabiqəyə Azərbaycan, Fransa, İtaliya, Hindistan, Rusiya, İran və Albaniyadan yaşı 20-dən yuxarı 35 nəfər yaradıcı şəxsin qatıldığını bildirib. Təqdim edilən 51 xalça eskizindən 3-ünün qalib seçildiyini deyib: “Qeyd edim ki, I və II yerin sahibləri münsiflər heyəti tərəfindən müəyyənləşib. III yerə layiq görülən əsər isə muzeyin “Facebook” səhifəsində açıq səsvermə nəticəsində, münsiflər heyətinin həmin yerə layiq gördüyü 7 eskiz arasından seçilib. Hər üç qalib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələridir”.

Ş.Məlikova çıxışının sonunda təşkilatçılara, müsabiqə iştirakçılarına və sərgiyə gələnlərə minnətdarlıq edib.

Sərgidə müsabiqədə qalib olan eskizlər əsasında Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin nümayəndələrinin toxuduğu xalçalar tədbir iştirakçılarının önündə kəsilib.

XƏBƏRLƏR

07.08.2020 16:22
“Qarabağın mədəni irsi” layihəsi davam edir
07.08.2020 16:19
“Peşəkarlığın qapısını açan könüllülük fəaliyyəti”
06.08.2020 15:47
Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti
06.08.2020 15:33
Qubada “Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması” mövzusunda təlimlər keçirilib
06.08.2020 10:47
Vyana şəhərində keçirilən festivalda “Min bir gecə“ baleti nümayiş olunub
05.08.2020 17:51
Tbilisidə “Era Teatrı”nın yeni ofisinin açılışı olub
05.08.2020 15:59
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
05.08.2020 14:23
Gənclər Kitabxanası Milli Qəhrəman Mübariz İbrahimov haqqında virtual kitab sərgisi hazırlayıb
05.08.2020 10:28
“Hər kitab bir dünyadır” layihəsi davam edir
04.08.2020 16:56
III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU
04.08.2020 09:39
Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib
02.08.2020 10:37
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib
30.07.2020 12:32
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
30.07.2020 12:31
Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib
29.07.2020 13:58
“Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü
28.07.2020 16:50
Azərbaycan musiqisi naminə birləşən peşəkarlar
28.07.2020 09:50
Xəzər rayon Mərkəzi Kitabxanası onlayn tədbirlərini davam etdirir
27.07.2020 16:49
Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb
27.07.2020 16:45
Azərbaycan yazıçısı “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adına layiq görülüb
27.07.2020 15:46
Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayıb
27.07.2020 10:53
Milli Kitabxana not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim edib
27.07.2020 09:49
Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir