Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2271

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd olunub

Oktyabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd olunub.

Gecədə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirin Prezident İlham Əliyevin “Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini bildirib. Diqqətə çatdırıb ki, yazıçının “Böhtan”, “Sabahın sorağında”, “Bahar yağışı” əsərləri Azərbaycan romanları sırasında öz layiqli yerini tutub. Onun böyük ustalıqla ərsəyə gətirmiş olduğu hekayələri də geniş oxucu auditoriyası qazanıb.

Vaqif Əliyev qeyd edib ki, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliğinə böyük ehtiramla yanaşan dövlətimizin başçısı bu sahədə çalışan insanları yüksək qiymətləndirir və davamlı olaraq onları fəxri adlar, mükafatlarla təltif edir. Hüseyn İbrahimovun yaradıcılığına verilən qiymət də bu istiqamətdə atılan addımlardan biridir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Hüseyn İbrahimovun AYB-nin Naxçıvan bölməsində əvəzsiz xidmətlərindən danışıb.

Akademik İsa Həbibbəyli Azərbaycan ədəbi mühitində Hüseyn İbrahimovun mövqeyindən söz açıb. Qeyd edib ki, ədəbiyyatımızda “50-cilər” nəsli ayrı-ayrılıqda öyrənilməsə də, onun nümayəndəsi Hüseyn İbrahimov 60-cı illərdə Azərbaycan realist ədəbiyyatının böyük ənənələrinə qayıdışının əsasını qoyanlardan idi. Xalq şairi Bəxtiyar Vahabzadə, Qabil, Nəbi Xəzri, İslam Səfərli, Xalq yazıçısı İsmayıl Şıxlı kimi Hüseyn İbrahimov da ədəbiyyatı ideologiyadan həyata yaxınlaşdıran, sadə insanların taleyini əks etdirən yazarlardan biri olub. Onun əsərlərində ilk dəfə olaraq sovet adamlarının səhvlərindən bəhs olunurdu. Bu, sovet ədəbiyyatı “buzları”nın artıq əriməyə başladığını göstərirdi.

Bədii hissə ilə davam edən tədbirdə Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı çıxış edib. Ansamblın bədii rəhbəri Əməkdar artist Tariyel Abbasovdur. Əməkdar artist Nuriyyə Hüseynova, müğənnilər Sərxan Bünyadzadə və Rovşən Əziz “Naxçıvan təranəsi”, “O Naxçıvandır”, “Araz üstü şəhərim” və digər mahnıları səsləndiriblər.

XƏBƏRLƏR

22.02.2020 10:50
Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb
22.02.2020 10:47
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
21.02.2020 17:28
Muzey Mərkəzində “Xocalıda can qaldı” adlı tədbir keçirildi
21.02.2020 16:28
Teatr Muzeyində " 21 Fevral -Ana Dili Günü" nə həsr olunmuş tədbir keçirildi
21.02.2020 15:56
Gənclər Kitabxanasında “Xocalı harayı” adlı tədbir keçirilib
21.02.2020 11:26
Mədəniyyət nazirinin müavinləri regionlarda vətəndaşlarla görüşüb
21.02.2020 11:18
İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür
21.02.2020 11:14
Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edəcək
21.02.2020 11:07
“Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir keçirilib
21.02.2020 10:01
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək
21.02.2020 09:37
Mariinski Teatrı “Məhəbbət əfsanəsi” tamaşasını Arif Məlikova həsr edib
21.02.2020 09:06
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 16:32
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır