Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3764

Paytaxtımızda incəsənət əsərlərinin növbəti auksionu keçirildi

Noyabrın 7-də Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Hilton Baku” hotelində incəsənət əsərlərinin növbəti auksionu keçirildi.

Bu il ikinci dəfə gerçəkləşən auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə təşkil olunur.

Hərraca Akif Əsgərovun “Atlar”, Mahmud Rüstəmovun “Qadın müxtəlif əhvalda” silsiləsindən “Kompozisiya”, Fərəh Əliyevanın “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorinanın “Kraliça Viktoriya”, Vüqar Muradovun “Gülüş”, “Payızda-yaz”, Namiq Məmmədovun “Mələklərin səhər yeməyi”, “Bolluq”, Vüqar Əlinin “Karvan” və İlham Mirzəyevin “Antik büst – qızılı fonda” əsərləri çıxarılmışdı.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev auksionun əhəmiyyətini yüksək qiymətləndirdi: “Azərbaycanda yeni yaradıcılıq sənayesi formalaşmağa başlayır. Bu, əl işlərindən tutmuş rəqslərə qədər incəsənətin bütün sahələrini əhatə edir. İncəsənət əsərlərinin auksionu artıq ikinci dəfə keçirilir. Düşünürəm ki, bu, çox yaxşı ənənədir. Auksion vasitəsilə vətəndaşlarımızda yeni vərdişlər formalaşdırmaq niyyətindəyik. Ümidvaram ki, bu ənənə gələcəkdə də davam etdiriləcək”.

Əbülfəs Qarayev onu da bildirdi ki, hər bir azərbaycanlının evinin divarından yerli rəssamların əsərləri asılmalıdır.

Daha sonra hərracın ilk çəkici vuruldu və satışa çıxarılan əsərlər elan edildi. Budəfəki auksionda ümumilikdə 2 lot satıldı.

Heykəltəraş, Xalq rəssamı Akif Əsgərovun tuncdan hazırlanmış “Atlar” əsəri 20 050 manata alıcısını tapdı. Budəfəki auksionun ən bahalı əl işi olan “Atlar” əsərini iş adamı İsgəndər Xəlilov satın aldı.

Rəssam, heykəltəraş Mahmud Rüstəmovun ilkin qiyməti 5600 manat olan, qranit, bürünc və qızıldan hazırlanmış “Qadın müxtəlif əhvallarda” əsərini isə 5610 manata başqa bir şəxs əldə etdi.

Qeyd edək ki, hərraca çıxarılan əsərlərin ilk qiymətləri 2500-20 000 manat arasında təyin olunmuşdu.

XƏBƏRLƏR

23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb