Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
710

Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşəbbüsü ilə “Muğamat var olan yerdə” adlı tədbir keçirilib. Tədbir görkəmli muğam ustası, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr edilib.

Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə əvvəlcə unudulmaz sənətkarın həyat və yaradıcılıq yoluna nəzər salınıb, muğam sənətinin inkişafındakı xidmətləri vurğulanıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov çıxış edərək deyib ki, tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlər planı çərçivəsində hazırlanıb.

Bildirilib ki, muğam sənətinin inkişafında müstəsna xidmətləri olan Hacıbaba Hüseynov özünəməxsus səs tembrinə və texnikaya malik sənətkarlardan hesab edilir. Onun muğam məktəbinin təkmilləşməsindəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Xanəndənin sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Onun yaratdığı çoxsaylı təsniflər musiqi irsimizə daxil olaraq muğam ifaçılığında geniş yayılıb. Görkəmli xanəndə muğamın “Üşşaq” və “Hüseyni”, “Novruz-rəvəndə”, digər muğamlarda olan “Şah Xətai” şöbələrinin ilk ifaçısı olub. Diqqətə çatdırılıb ki, xanəndənin təşəbbüsü ilə “Bayatı-şiraz” muğamının “Dilruba” şöbəsi dərsliyə əlavə olunub. Xalq yaradıcılığına da böyük diqqət yetirən xanəndə Azərbaycanın müxtəlif bölgələrində, habelə Türkiyə və İraqda oxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə edib.

Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun səs yazısını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrarlayaraq muğamın incəliklərini öyrənib. Sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib və ona xalqın böyük sevgisini qazandırıb. Onun yazdığı qəzəllər bu gün də xanəndələr tərəfindən ən çox müraciət olunan nümunələr sırasındadır.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin muğam sənəti kafedrasının müdiri və tələbələrinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə Hacıbaba Hüseynova məxsus qəzəllər və təsniflər səsləndirilib.

Konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.

XƏBƏRLƏR

23.01.2020 14:55
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır
23.01.2020 14:20
“Azərbaycan toyu” Ginnesin Rekordlar Kitabına daxil edilə bilər
23.01.2020 14:19
Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb
23.01.2020 12:15
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23.01.2020 10:04
Azər Paşa Nemətov: Akademik Milli Dram Teatrının 2020-ci il üçün çoxsaylı planları var
23.01.2020 09:06
Horadizdə general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi qeyd edilib
22.01.2020 17:17
Nazir Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozentalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
22.01.2020 17:09
“Mədəniyyət.AZ” jurnalı - ötən ilin son sayı
22.01.2020 15:29
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbi layihələri davam edir
21.01.2020 16:45
Daşkənddə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
21.01.2020 16:37
Xətai Sənət Mərkəzində “Xocalı-şəhid şəhər” adlı rəsm müsabiqəsi elan olunub
21.01.2020 16:37
Opera və Balet Teatrında "Eşq və Ölüm" baleti nümayiş olunacaq
21.01.2020 16:33
Mədəniyyət naziri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri ilə görüşüb
21.01.2020 16:30
Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xivədə Türk dünyası ölkələri poeziya günləri keçiriləcək
21.01.2020 16:29
Musiqili Teatrın yaradıcı kollektivi yeni tamaşanın premyerasına hazırlaşır
21.01.2020 12:03
“Qan yaddaşı” adlı tədbir keçirilib
21.01.2020 10:58
Ağcabədinin Şəhidlər xiyabanında anım tədbiri keçirilib
20.01.2020 13:38
20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi yad edildi
20.01.2020 13:30
Ağstafa Regional Mədəniyyət İdarəsi 20 Yanvar faciəsinə həsr edilən tədbir keçirib
20.01.2020 13:29
Mərkəzi İncəsənət Məktəbində “Bitməyən acı” adlı anım tədbiri keçirildi
20.01.2020 12:37
Lənkəranda 20 Yanvar faciəsinə həsr edilən tədbir keçirilib
20.01.2020 12:34
Sumqayıtda 20 Yanvar faciəsinin 30-cu ildönümü silsilə tədbirlərlə qeyd olunur