Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1978

Xalq artisti Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq

Fevralın 4-də görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, “İstiqlal” və “Şərəf” ordenli Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi tamam olur.

Bu münasibətlə fevralın 4-də saat 19:00-da Beyləqan rayonunun Olimpiya İdman Kompleksində, fevralın 7-də isə Bakıda Heydər Əliyev Sarayında yubiley gecələrinin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, estrada ansamblı və solistlərin ifasında Polad Bülbüloğlunun əsərləri səslənəcək.

Polad Bülbüloğlu 1945-ci ildə Bakıda Azərbaycan görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini (dahi Qara Qarayevin sinfi) bitirib.

Azərbaycan estrada ifaçılığı sənətini xarici ölkələrdə yüksək səviyyədə dəfələrlə təmsil edən müğənni bir çox beynəlxalq festivallarda diplom və mükafatlara layiq görülüb. 1975-ci ildə təşkil etdiyi Azərbaycan estrada ansamblı, “Aşıqlar” vokal-instrumental ansamblı ilə birgə Polad Bülbüloğlu Rusiya, ABŞ, Kanada, Türkiyə, Fransa, Argentina, Polşa, Almaniya, Danimarka, Niderland Krallığı, İsveçrə, Finlandiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Moldova və Gürcüstanda böyük uğurla çıxış edib.

Geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayaraq balet, müzikl, instrumental, vokal, simfonik, kamera əsərləri, kinofilmlərə, dram tamaşalarına musiqi, mahnı və romanslar yaradıb.

Bəstəkarın “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında yaratdığı “Eşq və Ölüm” baleti ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Həmin ildə Akademik Opera və Balet Teatrının balet truppası bu tamaşanı Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirib.

Öz bənzərsiz ifası ilə milli estrada sənətimizi zənginləşdirən Polad Bülbüloğlunun bəstələri içərisində ona ən çox şöhrət gətirən isə müəliifi və ifaçısı olduğu “Gəl, ey səhər” mahnısıdır. Bundan əlavə, “Doğma diyar”, “Şən Azərbaycan”, “Durnalar”, “Bayatılar”, “Vətən haqqında mahnı”, “Bakı”, “Məni gözlə”, “Gözəllər”, “Bənövşələr”, “Həsrətimsən” və digər nəğmələri Azərbaycan estrada mahnı irsinin parlaq nümunələri kimi bu gün də sevilir.

Polad Bülbüloğlu 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1988-ci ildәn 2006-cı ilə kimi isə Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifələrində çalışıb. 2006-cı ildən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərir.

Sənətçi Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında və dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə “Müqəddəs knyaz Nevski” mükafatına layiq görülüb. Moskva şəhərində “Ulduzlar” meydanında Polad Bülbüloğlunun şərəfinə yeni ulduz həkk olunub.

Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib, 1973-cü ildə “Əməkdar incəsənət xadimi”, 1982-ci ildə “Xalq artisti” fəxri adları, 2005-ci ildə “İstiqlal”, 2015-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

XƏBƏRLƏR

22.02.2020 10:50
Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb
22.02.2020 10:47
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
21.02.2020 17:28
Muzey Mərkəzində “Xocalıda can qaldı” adlı tədbir keçirildi
21.02.2020 16:28
Teatr Muzeyində " 21 Fevral -Ana Dili Günü" nə həsr olunmuş tədbir keçirildi
21.02.2020 15:56
Gənclər Kitabxanasında “Xocalı harayı” adlı tədbir keçirilib
21.02.2020 11:26
Mədəniyyət nazirinin müavinləri regionlarda vətəndaşlarla görüşüb
21.02.2020 11:18
İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür
21.02.2020 11:14
Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edəcək
21.02.2020 11:07
“Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir keçirilib
21.02.2020 10:01
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək
21.02.2020 09:37
Mariinski Teatrı “Məhəbbət əfsanəsi” tamaşasını Arif Məlikova həsr edib
21.02.2020 09:06
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 16:32
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır