Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
747

Musiqi məktəbinin şagirdi Cenevrə Konservatoriyasının tələbəsi olub

Gənc və istedadlı uşaqların dəstəklənməsi, onların inkişafına şəraitin yaradılması istiqamətində durmadan fəaliyyət göstərən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi musiqi və incəsənət məktəblərində, həmçinin tabeliyində olan digər mədəniyyət müəssisələrində onları daim diqqət mərkəzində saxlayır, yerli və beynəlxalq müsabiqələrdə özlərini sınamaqla, şəxsiyyət kimi formalaşmasına şərait yaradır. 
Baş idarənin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Ləman Seyidova da belə istedadlardandır. Əməkdar müəllim Kamilla Əmirovanı tələbəsi Ləmanın cəmi 11 yaşı olsa da, o, artıq yerli və beynəlxalq müsabiqələrdə qazandığı uğurlar nəticəsində ustad fortepiano ifaçılarının diqqət mərkəzindədir. 2018 və 2019-cu illərdə İtaliya və Rusiyada beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olan professor Sergey Milşteyn gənc pianoçumuzun fortepiano hazırlığını, səs üzərində işini, çıxışını və musiqiyə qəlbən bağlılığını yüksək qiymətləndirərək 11 yaşlı gənc pianoçunu Cenevrə Konservatoriyasında (İsveçrə) təhsil almağa dəvət edib.
Hazırda Cenevrə Konservatoriyasında təhsilini davam etdirən 11 yaşlı Ləman 2016-cı ildə Türkiyədə “Mozart Academy” Pianoçuların II Beynəlxalq müsabiqəsində (III yer), 2017-ci ilin mart ayında Almaniyanın Köln şəhərində keçirilən “ClaviCologne” Beynəlxalq müsabiqəsində (II yer), Avstriyanın Vyana şəhərində “Edelweiss” Pianoçuların II Beynəlxalq müsabiqəsində (Qran-Pri), 2018-ci ildə “Piano Talents” (İtalya, Milan) və “Premio Citta Di Padova” (Padova, İtaliya) Beynəlxalq müsabiqələrində (I yer), İqumnov adına Gənc Pianoçuların XI (Lipetsk, Rusiya) və Sezar Frank adına Beynəlxalq müsabiqələrində (Belçika) (II yer), 10-15 yanvar 2020-ci il tarixlərində Milanda (İtalya) baş tutan Gənc Pianoçuların Bethoven müsabiqəsində dörd mərhələni uğurla keçərək diplom və mükafata layiq görülüb.

XƏBƏRLƏR

23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib
18.05.2020 18:56
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi
18.05.2020 18:11
Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib
18.05.2020 18:07
Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans keçirib
18.05.2020 10:35
18 may - Beynəlxalq Muzeylər Günüdür
17.05.2020 15:37
Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim edib
15.05.2020 18:01
Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur
15.05.2020 17:18
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans təşkil olunacaq