Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1717

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 9 May – Qələbə Gününə həsr olunmuş I Onlayn Festival-Müsabiqənin gedişatını müzakirə edib

Xəbər verdiyimiz kimi, ötən ay Bakı Şəhər Mədəniyyət Baş İdarəsi faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 9 May - Qələbə Gününə həsr olunmuş  “Qələbəyə doğru!” I Onlayn Festival-Müsabiqənin keçirilməsini elan edib. Müsabiqənin keçirilməsində məqsəd sosial izolyasiya şəraitində musiqi təhsilinin inkişafdan qalmaması, istedadlı uşaq və gənclərin böyük səhnəyə çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensiallarının yüksəldilməsdir.

Bununla əlaqədar Baş İdarə Festivalın təşkilat komitəsinin üzvləri ilə videokonfrans keçirib. Videokonfrans zamanı münsiflər heyətinin üzvlərinə Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərindən Festivalın şərtlərinə uyğun olaraq 237 ədəd videoçarx daxil olduğu bildirilib.

Həmin videoçarxlar Baş İdarənin baku-art.az rəsmi internet səhifəsində yerləşdirilib. Həmçinin I Onlayn Festival-Müsabiqənin reqlamenti ilə bağlı texniki məsələlər müzakirələr olunub. 

Xatırladaq ki, bir turdan ibarət I Festival–Müsabiqə “fortepiano”, “xalq çalğı”, “simli”, “nəfəs alətləri”, “xanəndə”, “vokal”, “estrada oxuma” və “rəsm” ixtisasları üzrə nominasiyalarda Bakıda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri şagirdləri arasında 3 yaş qrupu üzrə (I qrup – 8-11 yaş, II qrup – 12-14 yaş, III qrup – 15-17 yaş) keçirilir.

İştirakçılar ifa müddəti 5 dəqiqəyə qədər olan bir əsərlə I Onlayn Festival-Müsabiqəyə qatılıblar. Müsabiqə zamanı konsertmeyster çətinliyi nəzərə alınıb. Çıxışlar peşəkar münsiflər heyəti tərəfindən 10 ballı sistem ilə qiymətləndiriləcək. Yerlər və mükafatlar münsiflər heyətinin qərarı ilə müəyyən edilir. Münsiflər heyətinin qərarına əsasən hər nominasiya üzrə  I, II, III yerlərə layiq görülmüş iştirakçılar Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təsis etdiyi müvafiq diplomlarla təltif olunacaq:

 

  I yer   – 1 nəfər (hər qrup və hər nominasiya üzrə)    I dərəcəli diplom;

  II yer  – 2 nəfər (hər qrup və hər nominasiya üzrə)   II dərəcəli diplom;

  III yer – 3 nəfər (hər qrup və hər nominasiya üzrə)  III dəirəcəli diplom.

 

I Onlayn Festival-müsabiqədə “Tamaşaçı rəğbətini qazanan iştirakçı”nın seçilməsi də nəzərdə tutulub. Xüsusi fərqlənən iştirakçılar Fəxri Fərmanlarla təltif ediləcəklər. Tamaşaçılar I Festival-Müsabiqəyə təqdim olunan əsərləri Baş İdarənin baku-art.az rəsmi internet səhifəsində,  http://az.baku-art.az/az/musabiqe keçidi vasitəsilə izləyib bəyəndikləri iştirakçıya səs verə bilərlər. Səsvermə Böyük Vətən Müharibəsinin başa çatdığı gün mayın 8-dən 9-a keçən gecə bitəcək. 

I Onlayn Festival-Müsabiqənin təqdimat çarxı ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz:

https://youtu.be/JErTUAKU4g0

XƏBƏRLƏR

19.09.2020 17:43
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib
18.09.2020 18:16
“İrsimiz Məsuliyyətimizdir” layihəsinə start verilir
18.09.2020 17:20
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
18.09.2020 16:41
“Güllələnmiş heykəllər” ziyarət olunub
18.09.2020 16:37
Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Çıraqqalada aparılan bərpa işləri ilə tanış olub
18.09.2020 15:50
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
18.09.2020 15:45
Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd olunub
18.09.2020 14:33
Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü münasibətilə tədbir keçirib
18.09.2020 12:32
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov iştirak edib
17.09.2020 14:19
Milli Musiqi Günündə “O olmasın, bu olsun” yenidən nümayiş ediləcək
17.09.2020 11:32
Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti geniş maraq doğurub
16.09.2020 16:39
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri mükafatlandırıldı
16.09.2020 14:44
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibəti ilə sənədli film hazırlanır
16.09.2020 09:37
Özbəkistan mətbuatında qədim və orta əsrlərdə Azərbaycan-özbək xalqları arasındakı əlaqələrə dair məqalə dərc olunub
16.09.2020 09:29
“Öncə Vətəndir” adlı onlayn fotoplakat sərgisi açılıb
16.09.2020 09:27
Özbəkistan portalı Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi abidələrin dağıdılması ilə bağlı məqalə yayıb
15.09.2020 10:49
Dövlət Rəsm Qalereyası tərəfindən növbəti onlayn sərgi - “Öncə Vətəndir”
15.09.2020 09:08
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin edildi
14.09.2020 18:15
Uşaqlar və böyüklər üçün nəzərdə tutulan ustad dərsləri keçiriləcək
14.09.2020 12:36
Gənclər Kitabxanası “Əhmədiyyə Cəbrayılov 100” adlı biblioqrafik icmal tərtib edib
14.09.2020 10:48
Dövlət Rəsm Qalereyasının “Digitalart-lab” adlı layihəsi davam edir
14.09.2020 10:27
“Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür