28.10.2020 12:40
Qutlu Musa türbəsi Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşir. Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Kutlunun məzarı üzərində tikildiyini göstərir.
Ağdam rayonu 1993-cü ildən Ermənistan tərəfindən işğal edildikdən sonra abidənin hazırki vəziyyəti məlum deyil.