Azərbaycan Milli İncəsənət Muzeyində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib
1622
09.11.2017
09.11.2017 12:00
8 noyabr 2017-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Bakı Avropa liseyi və Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki Humanitar liseyin şagirdləri iştirak ediblər. Şagirdlər arasında Bayraq Gününə dair viktorina oyunu keçirildi.Viktorinanın qalibləri dəyərli hədiyyələrlə mükafatlandırıldı.
Daha sonra “Azərbaycan bayrağı” adlı ustad-dərsində uşaqlar kollaj düzəltdilər.
Sonda məktəblilər üçün interaktiv qaydada ekskursiyalar təşkil olundu.