Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
6222

Bakıda “Şekspir xalçalarda” müsabiqəsinə yekun vurulub

Fevralın 20-də Azərbaycan Xalça Muzeyində böyük ingilis dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr olunmuş “Şekspir xalçalarda” müsabiqəsinə yekun vurulub.

Tədbiri Xalça Muzeyinin direktoru Şirin Məlikova açıb. O bildirib ki, “Şekspir xalçalarda” müsabiqəsi Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə 2016-cı ildə elan edilib. Münsiflər heyətinin qərarı ilə hər biri ayrıca nominasiyada fərqlənən üç xalça seçilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev müsabiqənin təşkilinə və keçirilməsinə dəstək göstərdiklərinə görə Böyük Britaniya səfirliyinə və “British Council” nümayəndəliyinə təşəkkür edərək deyib: “Belə tədbirlər Azərbaycan ilə Böyük Britaniyanı mədəniyyət və incəsənət sahəsində daha da yaxınlaşdırır. Hesab edirəm ki, biz əməkdaşlığımızı möhkəmləndirməli və inkişaf etdirməliyik. Bu yaxınlarda “British Council” ilə əməkdaşlıq haqqında müqavilə imzalamışıq. Bizi çoxlu maraqlı layihə gözləyir”.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktoru Samr Şah xalçaçılıq sənətinin bütün dünyada qorunub saxlanılması və təbliği işinə töhfələrinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə və Xalça Muzeyinin rəhbərliyinə təşəkkür ediblər. Onlar müsabiqənin qaliblərini təbrik edərək, onlara daha böyük nailiyyətlər arzu ediblər.

Sonra Baronessa Emma Nikolson, Böyük Britaniyanın ölkəmizdəki səfiri Kerol Krofts və “British Council” nümayəndəliyinin direktoru Samr Şah müsabiqənin qalibləri Telman Şıxıyevin (mütləq qalib), Sürəyya Muğanlının (ümumi kateqoriyada qalib) və Aydan Sadıqbəylinin (münsiflər heyətinin xüsusi mükafatı) işlərinə tamaşa ediblər. Bu xalçalar bir ay ərzində muzeydə nümayiş etdiriləndən sonra Britaniya muzeylərinə veriləcək. Qonaqlar görmə qabiliyyəti zəif olanlar üçün bu ayın əvvəlində muzeydə açılan ekspozisiya ilə də tanış olublar.

Sonda Xalça Muzeyinin direktoru Şirin Məlikova Baronessa Emma Nikolsona xatirə hədiyyəsi təqdim edib.

XƏBƏRLƏR

03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib
03.05.2024 16:15
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilib
03.05.2024 16:12
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub
01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 15:37
Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiya təşkil edilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
01.05.2024 11:35
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
30.04.2024 13:05
Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
29.04.2024 14:22
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29.04.2024 09:49
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb
26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək