Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2845

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun plenar sessiyasında gənclərin ekstremizmə qarşı mübarizədə rolu məsələsi müzakirə olunub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva plenar sessiyada iştirak edib

Mayın 3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” mövzusunda ikinci plenar sessiya keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sessiyada iştirak edib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosun moderatorluğu ilə keçirilən sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış etdi.

Xanım Leyla Əliyevanın

çıxışı

-Əziz dostlar.

Həmkarlar.

Xanımlar və cənablar.

İlk növbədə mən sizin hamınızı gözəl Bakı şəhərində keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda salamlamaqdan məmnun olduğumu bildirirəm. Bu platforma sülh şəraitində yaşamanı daim təbliğ etmişdir. Dünyamızı daha yaxşı etmək üçün bir çox ölkələrdən insanları burada bir arada görmək olduqca xoşdur. Bu gün bizim hamımızın burada bir araya gəlməyimizin səbəbi zəngin fərqliliklər, mədəni müxtəlifliklər, bəşəri dəyərlər və anlaşmadır.

Mən sülhün və müxtəlifliyin təbliğində məhz gənclərin rolunu xüsusi qeyd etmək istərdim. Gənclərin çoxsaylı şəbəkələr yaratmaq, özü də bütün mümkün sərhədləri keçmək kimi gözəl qabiliyyətləri var. Sülh və harmoniya uğrunda mübarizədə gənclərə əksər hallarda ümidsiz romantiklər kimi baxırlar. Amma deyərdim ki, bu, qeyri-səmimi yanaşmadır. Əminəm ki, gənclərin dialoqa açıqlığı sülhə və rifaha gətirib çıxaracaq.

Əziz dostlar, təhsil yalnız bilik və peşəkar inkişaf bacarıqlarının qazanılması deyil. Həmçinin mənəvi təhsil də bunlar qədər vacibdir. Bu baxımdan ailələr və məktəblər iki mühüm təsisatdır. Əməkdaşlıq, anlaşma və bütün bəşəriyyətə rəğbət və hörmət dəyərləri aşılayan ailə uşaqları sülhpərvər dünyaya hazırlamaqda mühüm rol oynayır. Bunlar olmayanda boşluğu nifrət və dözümsüzlük doldurur. Eyni zamanda, gənclərə doğru-düzgün təhsil vermək onların tam potensialının reallaşması üçün çox vacib bir amildir. Çünki gənclərin tez öyrənmək, eləcə də prosesləri izləmək, çoxsaylı məlumatları əldə etmək kimi bacarıqları var. Həmçinin onlar ətraf mühitin mühafizə olunması və təbiətin bizə bəxş etdiyi nemətlər barədə çox məlumatlıdırlar.

Bununla belə gənclərə həddindən artıq təzyiq göstərilməmlidir. Bəzən ən intellektli gənclər belə tam xoşbəxt olmurlar. Ona görə də biz gənclərə dəstək göstərərək bundan da yaxşı bir dünya yaratmağa nail olmalıyıq ki, onlar gözəl planetdə və harmoniya içərisində yaşamaqdan daha çox zövq alsınlar. Yüksək texnologiyanın inkişafı sayəsində biz fikirlərimizi daha sürətlə ifadə edirik. Bizim fikirlərimiz ən güclü enerjilərdəndir, hətta işıq sürətindən də sürətlidir. Dünya bu potensiala investisiya yatırmalı və əmin olmalıdır ki, gənc nəslin inkişaf üçün bütün zəruri imkanları var. Bu gün dünyada gənclərin sayı daha çoxdur. İdeyalar və yüksəlişlər bütün planetin gələcəyini dəyişə bilər. Amma əfsuslar olsun ki, 617 milyona yaxın gənc hələ də riyazi və ədəbi biliklərdən məhrumdur. Bu, o deməkdir ki, biz çox dəyərli bir potensialı itiririk. Məhz gənclər tərəqqinin təcəssümdür. Hər bir yeni nəsil əvvəlkindən daha mütərəqqi, humanist, həssas, tolerant və açıqfikirlidir. Bu isə tarixin təbii təkamülüdür. Gəlin gənclərə öz enerjilərini qlobal problemlərin həllinə yönəltməkdə kömək edək, gəlin hamılıqla onlara dəstək olaq. Vaxt həyatımızın ən mühüm resursudur. Gəlin onu israf etməyək. Sözlər daim əməllə müşayiət olunmalıdır. Hər bir bəşər övladına verilmiş müqəddəs hədiyyə olan intuisiyamızı unutmamalıyıq. Xalqların sülhsevər və dayanıqlı cəmiyyət formalaşdırmasında hər bir kəs fərqlilik yarada bilər. Beləliklə də onlar özlərini dəyişməklə bəşəriyyətə olan baxışlarını müsbət mənada dəyişə bilərlər.

Əziz dostlar, İsa peyğəmbərin dediyi kimi, gəlin uşaqlardan öyrənək. Uşaqlar sözü birbaşa deməyə və yaxşı işlər görməyə can atırlar. Maddiyyat heç də uğur, müvəffəqiyyət demək deyil. Həyatda ən vacib olan sevgidir, sağlamlıqdır, xoşbəxtlikdir, birlikdir, anlaşmaqdır və bir-birini təmənnasız şəkildə dəstəkləməkdir. Bütün bunları hamımıza diləyirəm. Çox sağ olun.

X X X

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos dedi ki, bu plenar sessiyada müzakirəyə çıxarılan məsələlərə yeni baxışla yanaşılacaq. Sessiyanı mənfi düşüncələri dəyişmək üçün gözəl fürsət adlandıran BMT təmsilçisi gəncləri ekstremizm, nifrət kimi amillərdən qorumağın vacibliyini vurğuladı.

Sessiyadakı müzakirələr cəmiyyətdə gənclərin rolu, təhsil, sülh quruculuğu və dinlərarası dialoq mövzularını əhatə etdi. Somali Stabilləşmə Təşəbbüsünün biliyin idarə olunması və strateji kommunikasiyalar üzrə rəsmisi Nacma Əhməd-Hüseyn ölkəsində müxtəlif etnik qrupların bir araya gəlməsi üçün həyata keçirilən layihələrdən danışdı. Sənədli filmlər rejissoru Roda Siad reallaşdırdığı layihələr vasitəsilə miqrasiya böhranı, qaçqınların və digər ölkələrdə sığınacaq axtaranların taleyi, onların qarşılaşdığı çətinlikləri barədə cəmiyyətə məlumatların verilməsinin əhəmiyyətinə toxundu. Erbildə “Malteser İnternational”un ictimai əlaqələr üzrə məsləhətçisi Sara Markieviç İraqdakı icmalar arasında qeyri-sabit vəziyyət barədə məlumat verərək, bu istiqamətdə dinlərarası dialoqun roluna nəzər saldı. Zorakı ekstremizmin qarşısının alınması üzrə mütəxəssis Selim Çerkau terrorizmə görə məhkum edilmiş məhbuslar arasında maarifləndirmə işlərinin aparılması, onların cəmiyyətə adaptasiyası və baxışlarının dəyişməsi istiqamətlərində həyata keçirilən layihələrdən bəhs etdi. Pakistan Gənclər Alyansının “Peace Rickshaws” layihəsinin təsisçisi Syed Ali Abbas Zaidi zorakı ekstremizmə qarşı layihə və onun nəticələri ilə bağlı fikirlərini çatdırdı, bu layihənin 15 min insanı əhatə etdiyini söylədi. “Efemerides”in təsisçisi Fatoumata Kebe gənclərə imkanlar yaradılması, problemlərin həllində onlara səlahiyyət verilməsi istiqamətində həyata keçirilən layihəsindən danışdı. Qeyd etdi ki, Malidə yalnız 30 faiz qızların məktəbə getmək imkanı var və onun rəhbərlik etdiyi təşkilat belə ölkələrdə müxtəlif fənlər üzrə dərslər təşkil edir. Mərkəzi Avropa Universitetinin beynəlxalq münasibətlər üzrə magistr namizədi Corc Antonio Şavez Mazuelos, “Sri Lanka Unites” Gənclər Hərəkatının milli direktoru Liyanaaraççig Neluni Tillekeratne, “Emkan Education”nın məktəb və məzmun üzrə direktoru və həmtəsisçisi Sara Zaini, BMT-nin Gənclər Siyasəti üzrə mütəxəssisi Ansa Qliqa, Dinlərarası Mediasiya Mərkəzinin həmicraçı direktoru İmam Muhammad Nurayn Aşafa, Dinlərarası Mediasiya Mərkəzinin həmicraçı direktoru Pastor Ceyms Movel Vuye, “Burson, Cohn and Wolf”un idman hesabları üzrə baş icraçısı Nevena Vukasinovic, Lvov şəhərinin merinin dini məsələlər üzrə müşaviri Taras Dzyubanski gənclərin fəallığı üçün proqramların əhəmiyyətini, zorakılığa, terrorizmə məruz qalan gənclərin təhsil almasında təqaüd proqramlarının faydasını qeyd etdilər.

Sonda sessiya iştirakçılarının sualları cavablandırıldı.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib