Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş məktəb-studiyanın innovasiyalı elmi-ifaçılıq müsabiqəsi sona çatdı
Bakıda Cövdət Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş professor
Tərlan Seyidovun innovasiyalı müəllif layihəsi əsasında pianoçuların IV Respublika elmi-ifaçılıq müsabiqəsinə yekun vuruldu.Müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyası tərəfindən təşkil olunmuşdur. Ən kiçik musiqiçilərdən (9 yaş) başlayaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Musiqi Akademiyasının magistr tələbələrinə qədər Azərbaycanın 13 şəhər və rayonlarından – Ağcabədi, Ağdaş, Göygöl, Göyçay, Saatlı, Gəncə, Şəki, Ceyranbatan, Goranboy, Neftçala, Mingəçevir, Sabirabad, Sumqayıt – 59 iştirakçı 3 yaş qrupu üzrə iştirak etmişlər. 2 çox istedadlı pianoçular (8 yaş) müsabiqədən kənar iştirak edərək hər iki tura aid bütöv proqramla çıxış etmışlər. Bu müsabiqənin orijinal layihəsinə görə bütün iştirakçılar I turda ifa etdikləri əsərlər üzrə elmi məruzə ilə çıxış etməli, II turda isə bu əsərləri fortepianoda ifa etməli idilər.
Maraqli budur ki, qarşıya qoyulmuş belə çətin məqsədlərin ifa səviyyəsi müsabiqədən müsabiqəyə daha da artmış olur. Uşaqlar öz proqramlarını daha dərindən və maraqla təhlil edir, daha professional ifa etməyə çalışırlar. Elmi-ifaçılıq müsabiqələrin əhəmiyyəti və populyarlığı get-gedə artır və bununla da həmin müsabiqələrdə çıxış edən iştirakçıların səviyyəsi də artmış olur. Bu haqda
Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru Nərminə Quliyeva da öz çıxışında qeyd etmişdir. O, hazırki layihədə iştirakçıların elmi hazırlığında mütəmadi məsləhətlər verən məktəb-studiya müəllimlərinin böyük əməyini qeyd etdi.
SSRİ və Azərbaycanın xalq artisti, BMA-nın rektoru Fərhad Bədəlbəylinin sədrliyi ilə ciddi münsiflər heyəti çıxış etmiş müsiqiçilərdən 11 laureat, 17 diplomant seçmiş oldu.