Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1937

Forum çərçivəsində “UNESCO üzrə Milli komissiyaların mədəniyyətlərarası dialoqun təşviqində rolu” mövzusunda sessiya keçirilib

Mayın 3-də Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “UNESCO üzrə Milli komissiyaların mədəniyyətlərarası dialoqun təşviqində rolu” mövzusunda növbəti sessiya keçirilib.

Sessiyanın açılışında Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək ölkəmizin dünyada artan nüfuzundan, beynəlxalq əlaqələrindən, xüsusilə də beynəlxalq təşkilatlardakı mövqeyindən danışıb. O qeyd edib ki, Azərbaycan 25 ildir UNESCO ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın daha da inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi qeyd olunmalıdır.

Baş katib UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılma tarixindən və fəaliyyətindən danışıb. Bildirib ki, Komissiya 1994-cü ildə Prezident Heydər Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb. Həmin Sərəncamla Milli Komissiya Xarici İşlər Nazirliyi yanında fəaliyyətə başlayıb. 2005-ci il sentyabrın 15-dən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Milli Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında statusu ilə fəaliyyətini davam etdirir. Dövlət başçısının 2018-ci il 29 avqust tarixli Sərəncamı ilə Milli Komissiyanın yeni tərkibi təsdiq olunub. Hazırda Komissiyanın 17 üzvü var. Milli Komissiyanın iclaslarında cari fəaliyyət və gələcək planlar ətrafında fikir mübadiləsi aparılır.

E.Sultanov deyib ki, UNESCO dünyada yeganə təşkilatdır ki, onun Milli komissiyaları var. Bu, böyük bir ailə şəbəkəsidir. Milli komissiyalar müxtəlif regional və qlobal tədbirlərin keçirilməsində xüsusi rol oynayır. Azərbaycan Milli Komissiyası da bu istiqamətdə UNESCO-nun layihələrində fəal iştirak edir.

Baş katib Azərbaycandakı multikultural, tolerant mühit barədə də məlumat verərək, müxtəlif dinlərin, millətlərin nümayəndələrinin ölkəmizdə sülh şəraitində yaşadığını qeyd edib, bunun mədəniyyətlərarası dialoqun qurulması üçün əsas olduğunu vurğulayıb.

UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif Bakıya ilk səfərini 1996-cı ildə etdiyini bildirib və o vaxtdan indiyədək Azərbaycanda baş vermiş inkişafın təkcə iqtisadiyyat və infrastruktur sahələrində deyil, mədəniyyət sahəsində də özünü göstərdiyini vurğulayıb.

Nada Al-Naşif UNESCO üzrə Azərbaycan Milli Komissiyasının fəaliyyətini yüksək dəyərləndirib. Bildirib ki, Milli komissiyalar həm əlaqələndirici, həm də regional icraçı rolunu oynayır. UNESCO Milli komissiyaların müştərək səyləri nəticəsində dünyada bir çox çağırışlara cavab verir.

Baş direktorun müavini 11 il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başlayan “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqun inkişafında rolunu qeyd edib.

Sessiyanın moderatoru olan UNESCO-nun mədəniyyətlərarası dialoq şöbəsinin müdiri Ann-Belinda Preis Azərbaycan hökuməti tərəfindən builki Foruma dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində çoxsaylı peşəkar mütəxəssislərin və ekspertlərin dəvət edilməsinin təqdirəlayiq olduğunu deyib.

Ann-Belinda Preis bildirib ki, BMT və UNESCO dünyada baş verən zorakılıq hallarının aradan qaldırılması, hərbi, etnik zəmində münaqişələr və digər problemlərin həlli üçün qarşısına məqsədlər qoyur.

UNESCO üzrə Türkiyə Milli Komissiyasının üzvü Mehmet Öcal Oğuz bildirib ki, UNESCO-nun əsas fəaliyyəti müharibə edən deyil, səmərəli fəaliyyəti ilə fərqlənən, sülh üçün çalışan insanlar arasında coğrafi mədəniyyəti artırmaqdır.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov UNESCO üzrə milli komissiyaların və təşkilat yanındakı daimi nümayəndəliklərin türkdilli dövlətlərin qurumları ilə əməkdaşlığının genişləndirilməsinin zəruriliyini vurğulayıb. O, dünyada sülhün və bərabərliyin, qarşılıqlı etimadın, anlaşmanın əldə olunmasında bu Forumun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Özbəkistan Milli Komissiyasının baş katibi Alişer İkramov mədəniyyətlərarası dialoqun inkişafında gənclərin rolunu vurğulayıb. O bildirib ki, bu işlərdə gənclərin səfərbərliyi mühüm əhəmiyyətə malikdir.

Koreya Milli Komissiyasının nümayəndəsi Kvi-Bae Kim təmsil etdiyi qurumun fəaliyyəti və gördüyü işlər barədə məlumat verib. O, UNESCO üzrə Milli komissiyalarının mədəniyyətlərarası dialoqun inkişafına töhfələrindən söz açıb.

AMEA Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev bildirib ki, elm qapalı mühitdə inkişaf edə bilməz, onun tərəqqisi üçün beynəlxalq elmi mühitə inteqrasiya zəruridir. Akademik mədəniyyətlərarası dialoqun inkişafına töhfə verən layihələrin əhəmiyyətindən danışıb.

Sessiya müzakirələrlə davam edib.

XƏBƏRLƏR

06.05.2024 17:42
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
06.05.2024 13:16
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
06.05.2024 09:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib
03.05.2024 16:15
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilib
03.05.2024 16:12
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub
01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 15:37
Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiya təşkil edilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
01.05.2024 11:35
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb