05.09.2018 09:51
Sentyabrın 18-də R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni teatr mövsümünü açıq elan edəcək. Həmin gün teatrın musiqi kollektivinin repertuarında möhtəşəm konsert proqramı təqdim ediləcək.
Bu sözləri teatrın direktor müavini İlqar Musayev deyib. “Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində yaradılmış estrada-simfonik orkestrinin müşayiəti ilə reallaşan konsertdə respublikanın tanınmış ifaçıları tərəfindən bir-birindən parlaq mahnılar səsləndiriləcək. Bundan başqa, sentyabrın 22-də teatrda növbəti konsert olacaq. Konsert proqramı dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq”,- deyə İ. Musayev söyləyib.