Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan nitq mədəniyyəti” kitabı işıq üzü görmüşdür
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan nitq mədəniyyəti” kitabı “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görmüşdür. Kitabın müəllifləri akademik Nizami Cəfərov, Samirə Mərdanova və Aysel Qəriblidir.
Kitabda Azərbaycan nitq mədəniyyətinin zəngin tarixi, keçdiyi inkişaf yolları araşdırılır, görkəmli söz ustalarının bu istiqamətdə apardığı mübarizənin məram və məqsədləri təhlil edilib həm nəzəri, həm də praktik baxımdan ümumiləşdirilir.
Nitq mədəniyyətinin linqvostilistik prinsipləri barədə geniş məlumat verilen kitabda müasir Azərbaycan ədəbi dilinin yüksək mədəni inkişaf səviyyəsi barədə də aydın təsəvvür yaradılır.
Xüsusi olaraq göstərilir ki, inkişafın əsasında ölkədə həyata keçirilən mükəmməl dövlət dil siyasəti dayanır və bu siyasətin əsaslarını Ulu öndər Heydər Əliyev müəyyən etmişdir.
Kitab alimlər, mütəxəssislərlə yanaşı, geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdur.