Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4464

Milli Qəhrəman Viktor Seryoginə həsr edilmiş “Əbədiyyətə uçuş” sənədli filminin təqdimatı keçirildi

Yanvarın 28-də Milli Aviasiya Akademiyasında (MAA) Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginə həsr edilmiş “Əbədiyyətə uçuş” sənədli filminin təqdimatı keçirildi. “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən olan film “Salnaməfilm” studiyasında ekranlaşdırılıb.

Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Hava Yolları və Milli Aviasiya Akademiyasının təşkilatçılığı gerçəkləşdi.

Dövlət himni səsləndirildikdən sonra MAA-nın tədris işləri üzrə prorektoru Ədalət Səmədov tədbir iştirakçılarını akademiyanın rektoru, akademik Arif Paşayevin adından salamladı və aviasiya sahəsində xidmətlər göstərən milli qəhrəmanlar haqqında filmin tələbələr qarşısında nümayişinə göstərilən təşəbbüsə görə təşəkkürünü bildirdi.

Filmin yaradıcı heyətinə minnətdarlığını ifadə edən prorektor qorxmaz pilotun ömür yolundan danışdı. Bildirdi ki, Viktor Seryogin 23 mart 1944-cü ildə Tbilisi şəhərində doğulub. 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertolyotuna pilot təyin edilib. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında onun böyük xidməti olub. Dəfələrlə ordenlərlə təltif edilib. O, Ağdərə, Şuşa, Ağdamda dinc sakinləri dəfələrlə xilas edərək təhlükəsiz əraziyə daşımışdı. Azərbaycanı öz doğma vətəni qədər sevən V.Seryogin 28 yanvar 1992-ci ildə Ağdam-Şuşa istiqamətində erməni yaraqlıları vertolyotu atəşə tutması nəticəsində heyətlə birlikdə qəhrəmancasına həlak olub, Ölməz qəhrəman Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Respublika Prezidentinin 25 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Hazırda yaşadığı Xəzər rayonunun Buzovna qəsəbəsində qəhrəmanın adına küçə və Xarkov şəhərində isə yaşadığı binaya xatirə lövhəsi vurulub.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə Qeyd etdi ki, bir neçə ildir, Mədəniyyət Nazirliyinin sifarişi ilə Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş silsilə sənədli filmlər lentə alınır: “Bu günə kimi 70-dən artıq film ərsəyə gəlib. Bu ekran əsərlərinin təqdimatları əsasən əlamətdar günlərdə, şəhidlərin xatirə günlərində onların oxuduqları məktəb və yaşadıqları regionlarda reallaşır. Viktor Seryoginə həsr olunmuş filmin Milli Aviasiya Akademiyasında təqdim edilməsindən məmnunuq. Şəhidlərin xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayır və mədəniyyət sahəsində çalışan insanlar hər zaman öz fəaliyyətlərində onların xatirəsinin əbədiləşdirilməsi işini böyük ehtiramla həyata keçirməyə çalışır, tarixin gələcəyə ötürülməsini təmin edirlər”.

Almaz Sultanzadə filmin ərsəyə gəlməsində dəstəyi olan əlaqədar təşkilatlara təşəkkürünü bildirdi, ekran əsərinin yaradıcı heyəti haqqında məlumatı diqqətə çatdırdı.

 “Silk Way Helicopter Services” aviaşirkətinin baş direktoru Azər Sultanov həmkarları Viktor Seryogin haqqında sənədli filmin çəkilməsindən məmnunluğunu dilə gətirdi: “Bu gün Viktor Seryoginlə o ağır illərdə birgə işləmiş, uçuşlar etmiş pilotlarla birgə çalışıram və onların unudulmaz xatirələrində qəhrəmanlar hər zaman yaşayır. Sevinirəm ki, Seryogin kimi qəhrəmanların vətənpərvərliyi gənc nəslə təbliğ edilir Bu gün Azərbaycan aviasiyası inkişaf edir. Həmin illərə nəzərən hazırda ordumuzun maddi-texniki təchizatı müqayisəyəgəlməz dərəcədə müasirləşib”.

Filmin rejissoru Cəmil Fərəcov tədbir iştirakçılarına təşəkkür edərək filmin çəkilişlərində dəstək göstərən təşkilatlara və qəhrəmanın pilot dostlarına minnətdarlığını bildirdi.

Təyyarəçi, MAA-nın müəllimi, Qarabağ müharibəsi iştirakçısı Bayram Muxtarov Viktor Seryoginlə bağlı xatirələrini bölüşdü. O, şəhid pilotun həyat yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan bəhs edərək bu şərəfli ömrün gənc nəsillər üçün örnək olduğunu vurğuladı.

Daha sonra “Əbədiyyətə uçuş” filmi nümayiş olundu. Qəhrəmanın həyat yolundan bəhs edən filmdə Viktor Seryoginin təyyarəçi dostlarının xatirələri yer alıb.

Filmin operatoru Nizami Abbas, icraçı prodüseri Kamil Məmmədovdur. 

Təqdimat mərasimində Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Valentina Volkova da iştirak edirdi.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib