Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
280

Musiqili Teatr azyaşlı tamaşaçıları üçün bayram hədiyyəsi hazırlayır

Milli Teatr Gününü premyera ilə qeyd etmək Azərbaycan Dövlət Musiqili Teatrında, artıq ənənəyə çevrilib. Teatrın builki bayram hədiyyəsi balaca tamaşaçıları üçün hazırlanıb.

Martın 9-10-u saat 12:00-da yaradıcı kollektiv balaca teatrsevərlərin görüşünə görkəmli rus yazıçısı Aleksey Tolstoyun “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşası ilə gələcək. Dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif yozumlarda göstərilən oduncaq adam - Buratino haqqında rəvayətlər bu dəfə Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluş və musiqi tərtibatında təqdim olunacaq.

Tərcüməsi Əməkdar artist Nicat Kazımova aid olan Buratino haqqında məşhur nağıla o indi tamam fərqli aspektdən yanaşıb: “Uzun illər “Buratino” filminin şöhrət qazanmasını nəzərə alaraq, ona səhnə həyatında daha böyük məsuliyyətlə və xüsusi özəlliklə yanaşmışam. Filmdə səslənən bəstəkar Aleksey Rıbnikova məxsus olan musiqi nömrələri bu tamaşada orijinal variantda yer alıb və ən əsası, mahnının sözləri doğma dilimizdə təqdim olunacaq. Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Kərimov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva, Rauf Babayevin ifa etdikləri maraqlı rollar balaca tamaşaçıları əsl möcüzələr aləminə aparacaq. İnanıram ki, dünyanın bir çox ölkələrində böyük maraqla qarşılanan “Buratino” Musiqili Teatrın təqdimatımda bizim sevimli tamaşaçılarımız üçün də əsl bayrama çevriləcək”.

Qeyd edək ki, teatrın yaradıcı gənclərinə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

XƏBƏRLƏR

22.03.2019 15:46
Bu gün Xalq artisti Lütfəli Abdullayevin anadan olmasından 105 il ötür
21.03.2019 15:35
Daşkənddə “Xalqların adət-ənənələri və mətbəxi” adlı mədəniyyət festivalı təşkil olunub
20.03.2019 15:49
UNESCO-nun mənzil-qərargahında Novruz bayramı qeyd olunub
19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19.03.2019 15:52
Azərbaycanlı və türkiyəli rəqqaslar Bakıda eyni səhnəni bölüşüblər
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2019 15:19
Novruz bayramı münasibətilə tədbir və “Cəfər Cabbarlı – 120”, “İsmayıl Şıxlı – 100”, “Mehdi Hüseyn – 110”, “Zeynal Xəlil – 105” adlı geniş kitab sərgilərinin açılış mərasimi
19.03.2019 15:16
Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin “Cananı sevərmən” adlı kitab Daşkənddə Özbək dilində çap olunub
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildi
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüb
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.2019 17:25
"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib
18.03.2019 16:25
“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında
18.03.2019 16:07
Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub
18.03.2019 14:52
Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.
18.03.2019 14:39
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
18.03.2019 14:22
Bərdə Regional Mədəniyyət İdarəsi Günərzi Qayğı Mərkəzində olub.
18.03.2019 10:18
Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib
18.03.2019 10:15
Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb
16.03.2019 12:21
Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür