31.10.2018 12:35
Noyabrın 7-dən 11-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzinin incəsənət qalereyasında Milena Nəbiyevanın “Mənim payızımın çalarları” adlı ikinci fərdi sərgisi açılacaq.
Sərgi çərçivəsində müəllifin 60-dan çox rəsm əsəri nümayiş olunacaq.
“Mənim payızımın çalarları” adlı bu sərgi sanki rəssam və onun tamaşaçısı arasında il yarım bundan əvvəl başlamış dialoqun davamıdır. Bu layihə çərçivəsində Milena Nəbiyevanın sənət əsərləri artıq müəllifin şəxsi inkişafının müəyyən mənada yenidən qiymətləndirilməsi kimi görünür.