İsfar Sarabski və “Deeech” dueti Berlində keçiriləcək caz festivalında eyni səhnəni bölüşəcək
1769
11.02.2020
11.02.2020 10:09
Mayın 6-dan 10-dək Berlində XJAZZ festivalı keçiriləcək.
Festivalın saytına istinadla xəbər veririk ki, mayın 7-də Azərbaycanın Əməkdar artisti İsfar Sarabski və Rusiyanın “Deeech” dueti (zərb alətləri ifaçısı Aleksandr Maşin və xoreoqraf Alina Sokulskaya) festivalda birgə konsert proqramı təqdim edəcək.
Beynəlxalq festivallarda uğur qazanmış Aleksandr Maşinin, həmçinin Azərbaycan musiqiçiləri ilə çıxışları olub. Alina Sokulskaya xoreoqraf, ifaçı, müəllim kimi fəaliyyət göstərir, Afroamerika rəqslərinin tədqiqatçısıdır.