Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1326

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi qürurverici hadisədir

Azərbaycan daha bir mötəbər, beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməklə beynəlxalq münasibətlər sistemində yerini və rolunu, ən əsası zəngin dövlətçilik ənənələrinə malik ölkə olduğunu təsdiqlədi. UNESKO-unun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası milli-mənəvi dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunması və təbliğinin, eyni zamanda, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmağın dövlət siyasətimizin əsas tərkib hissələrindən biri olmasına işıq saldı. Təbii ki, hər bir xalqın varlığı, milli kimliyi, ilk növbədə, milli-mənəvi dəyərlərində ehtiva olunur. Ümummilli lider Heydər Əliyev hakimiyyətinin hər iki dövründə mədəniyyətimizin, milli-mənəvi sərvətimizin qorunması istiqamətində mühüm addımlar atmış və bu siyasət son 15 ildən artıq dövr ərzində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizin UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsini, eyni zamanda, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini şərh edərkən deyib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan dünya irsinin müdafiəsi və mühafizəsinə davamlı töhfələri ilə diqqət çəkir. UNESKO-nun Bakı sessiyası məhz iştirakçı ölkələrin bu istiqamətdə gördüyü işlərə, malik olduqları təcrübəyə işıq salmaqla yanaşı, ümumbəşəri dəyərlərə malik tarixi və mədəni abidələrin Ümumdünya İrs Siyahısına salınması üçün müzakirələrin aparılması və konkret nəticələrin əldə olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Sessiyasının iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi təqdirəlayiq və qürurverici hadisədir. Dünyanın müxtəlif ölkələrindən 2500-dən çox nümayəndənin qatıldığı belə mötəbər tədbirdə Azərbaycanın bu uğuru bir daha dövlətimizin həyata keçirdiyi siyasətə dəstəyin, Azərbaycan reallıqlarına yüksək dəyər verməyin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin bu münasibətlə Azərbaycan xalqına təbrikində də qeyd olunduğu kimi, son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Bu fəaliyyət beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir. İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu mühüm hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha yüksək dəyərləndirildiyinin təsdiqidir. Artıq bundan sonra Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur.

Azərbaycan-UNESKO əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini əlavə edən V.Rəhimzadə bu əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təsis olunan Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə milli mədəniyyətimizin qorunması və təbliği istiqamətində mühüm layihələr həyata keçirilib. Bu layihələr UNESKO ilə əməkdaşlığın inkişafına öz töhfəsini verib. Bu əməkdaşlıq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2004-cü ildə qurumun xoşməramlı səfiri seçilməsindən sonra daha sürətlə inkişaf etməyə başlayıb. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin öz yeri var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan-UNESKO əməkdaşlığından geniş bəhs edərək, bu mühüm məqamları da diqqətə çatdırıb ki, son 5 ildə ölkəmizdə 40 tarixi abidə bərpa edilib və yenidən qurulub. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qaya rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Musiqi xəzinəmizin inciləri olan muğam və aşıq sənəti də Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunub. Bir sözlə, bu əməkdaşlıq Azərbaycanın sərvətlərinin beynəlxalq məkanda dəyərləndirilməsində əhəmiyyətli rol oynayır.

V.Rəhimzadə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin ölkəmizə qazandırdığı uğurlardan, Azərbaycanın multikultural dəyərlərin inkişafına töhfələrinin, bu sahədə malik olduğu təcrübənin təqdimatında rolundan da bəhs edib. O qeyd edib ki, müxtəlif mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşən Azərbaycan bu tədbirlərlə bu günə qədər dövlətlər, xalqlar arasında oynadığı körpü rolunu daha da möhkəmləndirir, yeni-yeni əlavələr gətirməklə inkişaf modelinin alternativsizliyini bir daha təsdiqləyir. Ən əsası, Azərbaycan bu gün beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək təcrübəsinə, təşkilatçılığına malik olduğunu dünyaya nümayiş etdirir.

XƏBƏRLƏR

13.07.2020 13:52
Azərbaycan peşəkar milli teatrı 147-ci mövsümə yekun vurub
13.07.2020 11:42
Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
09.07.2020 12:36
“Səma” rəqs ansamblı beynəlxalq virtual yarışmada uğur qazanıb
08.07.2020 12:29
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
08.07.2020 10:37
“ Mənim yay tətilim-2020” uşaq rəsm müsabiqəsi davam edir
07.07.2020 11:58
Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu
06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub