16.08.2019 11:19
M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdinə Kamera və Orqan Musiqisi Zalında “Qədim Avropaya səyahət” adlı konsert olacaq.
Sentyabrın 19-da reallaşacaq konsert Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq. Gecədə “D`accordo” barokko ansamblı bir sıra dünya şöhrətli bəstəkarların əsərlərini ifa edəcək.
Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.
Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.