Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
754

Kukla Teatrında yeni tamaşalar hazırlanır

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsüm üçün bir neçə yeni səhnə əsəri hazırlayır.

Yeni tamaşalar Azərbaycan xalq nağıl və dastanları əsasında hazırlanır. Belə ki, sənət ocağının yaradıcı kollektivinin “Yeddi nar çubuğu” əsasında ərsəyə gətirəcəyi tamaşanın səhnələşdirəni Zülfüqar Rüfətoğlu, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir. Səhnə əsəri ilin sonunadək teatrsevərlərin ixtiyarına veriləcək. Tam müasir tərtibat, yeni səhnə vasitələrinin tətbiqi ilə hazırlanan səhnə əsərində klassik nağıl-tamaşa, vizual elementlərlə ənənəvi kukla üslubunun sintezi təqdim olunacaq.

İlin sonunadək “Kitabi-Dədə Qorqud” dastanı əsasında türkiyəli dramaturq Hasan Erkekin yazdığı “Adını qazanan oğlan” pyesi də səhnə həllini tapacaq. Tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verir.

Qəhrəmanlıq, sədaqət və cəsarətin tərənnüm olunduğu səhnə nümunəsinin quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

IV rübün son tamaşası isə A.S. Puşkinin “Balıqçı və balıq” nağılı əsasında hazırlanacaq “Qızıl balıq”dır. Bu tamaşa da Anar Məmmədovun quruluşunda hazırlanacaq. Səhnə işinin quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqi tərtibatlı tamaşa tam klassik kukla sənəti estetikasında hazırlanır.

Özünün rəngarəng repertuar ənənəsinə sadiq qalan teatrda “Biri vardı, biri yoxdu” adlı nağıl-tamaşa da hazırlanacaq. Qurban Məsimovun Azərbaycan xalq nağıllarının məşhur personajlarının səhnə şousu adlandırdığı bu nümunə daha çox festivallar üçün nəzərdə tutulur.

Teatrda klassikləşən tamaşaların yeni səhnə həyatı qazanaraq təqdim olunması da artıq ənənə halını alıb. Bu işin davamı olaraq repertuarda xüsusi yeri olan, lakin özünün tərtibat baxımından ömrünü başa vuran “Qoçaq Əhməd” və “Məlikməmməd” tamaşaları da tam yeni səhnələşdirmə və quruluşda yenidən balacaların görüşünə gələcəklər.

XƏBƏRLƏR

24.01.2020 18:05
Rusiya ilə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir
24.01.2020 17:52
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Prezident Kitabxanasında olublar
24.01.2020 16:19
“Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi
24.01.2020 13:12
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
24.01.2020 13:09
UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib
24.01.2020 11:21
Əfsanəvi caz müğənnisi Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək
24.01.2020 11:08
Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
24.01.2020 10:31
Lənkəranda Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib
24.01.2020 09:42
Muğam Mərkəzində Xalq artisti Vəli Qədimovun xatirəsi yad edilib
24.01.2020 09:09
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olublar
23.01.2020 14:55
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır
23.01.2020 14:20
“Azərbaycan toyu” Ginnesin Rekordlar Kitabına daxil edilə bilər
23.01.2020 14:19
Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb
23.01.2020 12:15
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23.01.2020 10:04
Azər Paşa Nemətov: Akademik Milli Dram Teatrının 2020-ci il üçün çoxsaylı planları var
23.01.2020 09:06
Horadizdə general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi qeyd edilib
22.01.2020 17:17
Nazir Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozentalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
22.01.2020 17:09
“Mədəniyyət.AZ” jurnalı - ötən ilin son sayı
22.01.2020 15:29
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbi layihələri davam edir