Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
832

Qobustanda Avropa Qayaüstü İncəsənəti Günü qeyd olunacaq

Oktyabrın 9-da Qobustan Milli Tarix-Bədii Qoruğunda məktəblilər üçün “Açıq qapı” günü təşkil olunacaq. Qoruq məktəbliləri “Prehistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutu tərəfindən elan olunmuş məktəbli uşaqlar arasında “İlk avropalıların incəsənəti gələcək avropalıların gözü ilə” ("The first Art of Europeans seen by Europeans of the future") adlı ümumavropa rəsm müsabiqəsində iştirak etməyə dəvət edir.

Müsabiqədə iştirak edəcək məktəblilər Qobustan muzeyi və qayaüstü rəsmləri ilə tanış olmaq, arxeoloq və sənətşünasların qədim qayaüstü təsvirlər və müasir rəssamlıq sənəti haqqında söhbətlərini dinləmək imkanı qazanacaqlar. Sonda uşaqlar ekskursiya müddətində gördükləri və mütəxəssislərdən eşitdikləri məlumatlar əsasında rəsmlər çəkəcəklər. Müsabiqədə 6-14 yaşlı uşaqlar iştirak edə bilər. Müsabiqənin sonunda peşəkar rəssamlar tərəfindən seçiləcək işlər ümumavropa müsabiqəsində Qobustan Milli Tarix-Bədii  Qoruğunu təmsil etmək üçün göndəriləcək. Seçilmiş işlər İspaniyada təşkil olunacaq sərgidə və nəşr olunacaq kataloqda öz əksini tapacaq.

Qeyd edək ki, 9 oktyabr 1902-ci il tarixində görkəmli fransız arxeoloqu Emil Kartailak ispan həmkarı Marcelino Sanz de Sautuolanın qızı Mariyaya yazdığı məktubda onun atası tərəfindən aşkar olunmuş Altamira mağarasındakı qayaüstü təsvirlərin qədimliyinə şübhə ilə yanaşmasının səhv olduğunu etiraf edib.

Bu münasibətlə Avropa Şurası Mədəni Marşrutlar İnstitutunun “Prehistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutu tərəfindən etiraf məktubunun yazıldığı 9 oktyabr tarixinin Avropa Qayaüstü İncəsənəti Günü kimi qeyd olunması qərara alıb.

XƏBƏRLƏR

20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır
20.02.2020 10:40
Masallı Tarixi-Diyarşünaslıq Muzeyinə gənclərin ekskursiyası təşkil edilib
20.02.2020 10:38
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20.02.2020 10:34
“Baladadaşın toy hamamı” tamaşası yenidən səhnədə
20.02.2020 09:18
Ankarada türk dünyasının görkəmli şairi Kojogeldi Kuluyevin yubileyi qeyd olunub
20.02.2020 09:07
Kitabxana məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları yaradır
19.02.2020 16:43
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19.02.2020 11:27
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib
19.02.2020 10:30
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19.02.2020 09:14
Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib
19.02.2020 09:02
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
19.02.2020 08:59
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunacaq