Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
467

Nazir Əbülfəs Qarayevin “Yeni Müsavat” qəzetinə müsahibəsinin son hissəsi

Üçüncü hissə

“Azərbaycanda 7 min tarixi əhəmiyyətli abidənin siyahısı var, onların bir anda düzəlməsi mümkün deyil”

- Əbülfəs müəllim, hakim komandada kimləri özünüzə daha yaxın bilirsiniz?

- Bizim hamımız üçün şərəfdir ki, biz İlham Əliyevin rəhbərliyi altında işləyirik. Məmurların arasında elə adamlar var ki, mən onları çoxdan tanıyıram, o insanlarla məsləhətləşmələrə daha çox vaxt ayırıram.

- Yəqin gənclər və idman naziri Azad Rəhimovla daha çox yaxınsınız, eləmi?

- Azad müəllimlə mənim yaxın təmasım var, Elmar Məmmədyarovla uşaqlıqdan tanışıq, burada gizlətməli bir şey yoxdur.

- Bəs, siz gənclər və idman naziri olsaydınız, “Formula-1”-in davamlı şəkildə keçirilməsinə razılaşardınızmı?  

- “Formula-1” Azərbaycanın dünya miqyasında tanınması baxımından fövqəladə əhəmiyyət daşıyan bir tədbirdir. Bu gün biz hara gediriksə, bəzi ölkələrin sakinləri, gəncləri haradan olduğumuzu soruşanda və Azərbaycan adını eşidən kimi, “Bakı, Formula” deyib dərhal ölkəmizi tanıyırlar. Düzdür, mən özüm də pəncərənin qarşısında (nazirin pəncərəsi Azadlıq meydanına açılır -E.P.) hərdən o səsi duyuram. Amma bu, reallıqdır. Hər bir hadisənin müsbət və mənfi tərəflərini təhlil edərək onun daha çox müsbətə doğru getdiyini gördükdə, həmin müsbət hadisəni dəstəkləməliyik. Hesab edirəm ki, bu cür tədbirlərin Azərbaycanda keçirilməsi bizim tanınmağımız, maraqlarımızın nəzərə alınması, apardığımız mübarizədə bizim mövqeyə daha hörmətlə yanaşılması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.  

- Cənab nazir, Azərbaycan ərazisində unikal mədəniyyət nümunələri, tarixi abidələr var ki, ciddi təmirə və təqdimata ehtiyacı var, alban kilsələri və s. Bu məsələlərin həlli turizmin inkişafında da öz sözünü deyə bilər? Sizcə, bu sahədəki problemləri aradan qaldırmaq üçün nə etmək lazımdır?

- Azərbaycanda 7 min tarixi əhəmiyyətli abidənin siyahısı var. Onların bir anda düzəlməsi biz nə etsək də, mümkün deyil. Artıq İçəri şəhərimiz, Qobustanımız, bu ildən Şəkimiz dünya mədəni irs siyahısındadır. Bu, olduqca böyük və vacib bir qələbədir. Hər il Azərbaycanda bir neçə tarixi abidə bərpa olunaraq, konservasiya olunaraq saxlanılır və mühafizə olunur. Burda da mən tək bizdən istənilməsini arzulamazdım. Bütün sualları dövlət orqanlarına ünvanlamaq düzgün deyil. Hər bir vətəndaş öz tarixi binalarına, mirasına hörmətlə yanaşmağı bacarmalıdır. Hesab edirəm ki, əgər biz bunlara hörmətsizlik göstəririk, təmir işləri apararkən sökürük, ya üstündə yazırıq, ya üstünə reklam yapışdırırıqsa, sanki öz əcdadlarımıza hörmətsiz yanaşırıq. Bunlar bizim əcdadlarımızdır, nə olsun canlı deyil, binadır, abidədir. Bunu əcdadlarımız yaradıb. Hal-hazırda bir  neçə böyük işlər aparılır.

“Qırmızı körpü”də bərpa işləri tamamlanır. Çıraqqala dağılmaq üzrə idi, cənab prezident vəsait ayırıb, biz indi onu bərpa edirik, mütəxəssisləri çağırdıq, onu möhkəmləndiririk. Bunlar hamısı vəsait və mütəxəssis tələb edir. Hesab edirəm ki, ən vacib nöqtələrdə işimizi görürük. Sözsüz ki, mən də istərdim ildə 30-40 abidə bərpa olunsun, saxlanılsın. Amma bu gün təkcə bərpadan getmir. Daha çox söhbət cəmiyyətin bu abidələrə münasibətindən gedir. Əgər onları sındırmasalar, pozmasalar, onların xarici görünüşünə zərər gətirməsələr, bu bina öz-özünə duracaq və bu, onun ictimaiyyət tərəfindən qorunması kimi qəbul olunacaq. O abidələr ki, yerlərdə dağılır, çökür, sözsüz ki, dövlət vəsait ayırır, biz onu təmir edirik. Növbə ilə... Növbə ilə bizim alban kilsələri, həm də bizim tarixi qalalarımızın, digər abidələrimizin bir neçəsinin bərpası ilə bağlı layihələr mövcuddur. Biz bu işə çox ciddi yanaşırıq və nazirliyin prioritet istiqamətləri kimi qəbul edirik.

- Əbülfəs müəllim, suallarımız çox olsa da, bizə ayırdığınız zamanın başa çatdığını nəzərə almaq məcburiyyətindəyik. Yekunda sizin “Yeni Müsavat” və Musavat.com vasitəsilə ictimaiyyətə ünvanlı sözləriniz varsa, buyurun.

 - Mən hesab edirəm ki, bu gün mədəniyyət tək hansısa ifaçılıq və yaradıcılıq anlayışı kimi qəbul olunmamalıdır. Mədəniyyət Azərbaycan xalqının tarixən yaşatdığı, formalaşdırdığı, əzizlədiyi və yaratdığı bir məfhum kimi qəbul olunmalıdır. Bizim qarşılıqlı olaraq bir-birimizə, ailələrdə yaşlılara, xanımlara, adət-ənənələrimizə, qida ənənələrimizə, bizim yaşayış tərzinin ənənələrinə hörmətlə yanaşmağımız mədəniyyət deməkdir. Azərbaycan xalqı o xalqdır ki, heç vaxt başqasının mədəniyyətinə əl uzatmayıb, çünki bizim ona ehtiyacımız yoxdur. Azərbaycan xalqının yaratdığı əsərlər, mədəniyyət o qədər zəngindir ki, bizim bədnam qonşularımız daim ondan bir parça kəsib özününküləşdirmək istəyir. Bizim gücümüz mədəniyyətimizdədir, tarixi mədəniyyətimizdədir, bu günün gerçəkliklərindədir, bu gün çiçəklənən, inkişaf edən şəhərimizdədir. Baxın şəhərlərə, şəhərlərin bugünkü mənzərəsini siz görürsünüz. 15-20 il əvvəlki şəhərlərlə müqayisə oluna bilərmi? Yox. Bunlar da mədəniyyətin, mədəni davranışın, mədəni yaşayış tərzinin tətbiqinin nəticəsidir. Hesab edirəm ki, hamımız daxildəki o mədəniyyəti ölkəmizin çiçəklənməsi, xalqımızın rifahı üçün gərək həmişə özümüzdə saxlayaq və onu gücləndirək.

 

“Azərbaycan xalqı heç vaxt başqasının mədəniyyətinə əl uzatmayıb, çünki ona ehtiyacımız yoxdur”.

Bu fikirlərin ardınca, Mədəniyyət naziri Əbülfəs Qarayev marağımızı nəzərə alıb kabinetindəki milli ornamentlər haqda məlumat verir. Geniş, işıqlı kabinetin tavanının ətrafını Şirvanşahlar sarayının, divar və masanın bəzi hissələrini isə Möminə xatun və Bərdədəki “Allah-Allah” türbəsinin ornamentləri bəzəyir. Böyük rəssam Səttar Bəhlulzadənin yaratdığı əsərlər də divardan asılıb. Həmçinin kabineti Yunan musiqi ilahəsi bəzəyir. Nazir izahat verir: “Bura Avropanın müasir dizayn və milli ornamentlərin birləşdiyi məkandır. Azərbaycan da mədəniyyətlərarası məsələlərdə bir nömrəli ölkədir dünyada. Bu gün də BMT rəsmi olaraq bəyan etdi ki, Azərbaycanda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanın ən əsas platformalarından biridir. Düşünürəm ki, əgər mənim bütün tariximi silsələr, bir dənə orda iştirakım mənə yetər”.

 

XƏBƏRLƏR

21.10.2019 10:50
“Daha çox caz, daha çox intellekt” şüarı ilə Bakıda növbəti Beynəlxalq Caz Festivalı keçirilir
21.10.2019 09:47
İncəsənət əsərlərinin növbəti auksionu keçiriləcəkdir
21.10.2019 09:25
Xalq rəssamı Bədurə Əfqanlının həyat və yaradıcılığına həsr olunmuş sərgi açılacaq
21.10.2019 09:21
“Mən ağacam” tamaşası maraqla qarşılanıb
21.10.2019 09:15
Akademik Musiqili Teatr növbəti beynəlxalq festivala hazırlaşır
21.10.2019 08:55
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019 17:22
Bakı şəhərində “Ustad dərslər” layihəsi həyata keçirilib
18.10.2019 17:20
Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Daşkənddə sərgi açılıb
18.10.2019 16:31
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri Daşkənddə özbək dilində işıq üzü görüb
18.10.2019 14:21
Yaradıcı əməyə verilən qiymət
18.10.2019 12:49
Almaniyada İmaddədin Nəsiminin 650 illiyi ilə bağlı tədbir keçirilib
18.10.2019 10:28
Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavini bölgələrdə vətəndaşları qəbul edəcək
18.10.2019 09:42
ICOM Azərbaycan Milli Komitəsinin yeni sədri seçilib
18.10.2019 09:19
Azərbaycan Milli Kitabxanası ilə Berlin Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
18.10.2019 09:15
Muğam Mərkəzində “Solistlər ansamblı”nın müasir musiqidən ibarət konserti olub
18.10.2019 09:10
Musiqili Teatr beynəlxalq festivalda uğurla iştirak edib
17.10.2019 16:34
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17.10.2019 16:07
“Solistlər ansamblı”nın müasir musiqidən ibarət konserti maraqla qarşılanıb
17.10.2019 13:55
Finlandiya teatrının Bakı səhnəsində “Gediş”i
17.10.2019 12:33
M.A.P. festivalında “Universal hadisə”
17.10.2019 12:27
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənəli şəkildə qeyd edilib
17.10.2019 11:45
Macarıstanda keçirilən tədbirdə Mərkəzi İncəsənət məktəbinin nümayəndə heyəti iştirak edib
17.10.2019 10:20
Respublika Uşaq Kitabxanasında “Türk birliyinə aparan yol” adlı tədbir keçirildi
17.10.2019 09:03
Tanınmış yazıçı-dramaturq və kinorejissor Əmir Pəhləvanın 60 illiyi qeyd olunub
16.10.2019 17:47
Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb
16.10.2019 15:49
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində müsabiqə laureatları tətif edilib
16.10.2019 15:34
Abdulla Şaiqin xatirəsi anılıb