Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
725

Qazaxıstanlı qonaqlar Bakı Xoreoqrafiya Akademiyasında olublar

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstanın Mədəniyyət və idman naziri Aktotı Raimkulova və Təhsil naziri Asxat Aymaqambetovun başçılıq etdikləri nümayəndə heyəti Bakı Xoreoqrafiya Akademiyasının qonağı olublar.

Qonaqları qəbul edən akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev ölkəmizdə elm, təhsil və mədəniyyət sahəsində həyata keçirilən uğurlu siyasətdən, xüsusilə də xoreoqrafiya təhsili sahəsində nailiyyətlərdən, o cümlədən akademiyanın beynəlxalq əlaqələrindən bəhs edib.

Hər iki ölkənin Xoreoqrafiya akademiyaları arasında olan əməkdaşlıqdan danışan rektor bağlanmış sazişə əsasən müəllim və tələbə mübadiləsi, elmi-pedaqoji kadrların və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, konfrans, simpozium və layihələrin həyata keçirilməsi məsələlərini qonaqlarla müzakirə edib. Qonaqlar da öz növbəsində xoreoqrafiya sənəti və təhsili sahəsində Bakı Xoreoqrafiya Akademiyasının timsalında Azərbaycanın təcrübəsinin öyrənilməsinin vacib olduğunu və əməkdaşlığın daha da dərinləşməsinin zəruriliyini vurğulayıblar.

Sonra qonaqlar akademiya ilə tanış olub, təhsil ocağının klassik və milli rəqs müəllimlərinin dərslərini izləyiblər. 

XƏBƏRLƏR

04.06.2020 15:34
“Günəş” vokal kvarteti festivalda uğur qazanıb
04.06.2020 11:04
“Müəmmalı bir qətlin üç versiyası” tamaşası növbəti dəfə göstəriləcək
03.06.2020 10:40
Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub
03.06.2020 09:25
Mədəni konsaltinq xidmətləri davam edir
03.06.2020 09:24
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə