Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1038

ICOM Azərbaycan Milli Komitəsinin yeni sədri seçilib

Oktyabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin növbəti plenar iclası keçirilib.

Gündəlikdə 2019-2022-ci illər dövrü üzrə Azərbaycan Milli Komitəsinin yeni sədrinin və Rəyasət Heyətinin seçilməsi məsələləri durub.

İclası ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru açaraq 2016-2019-cu illər dövründə fəaliyyəti, görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib.

ICOM Azərbaycan Milli Komitəsinin mühasibi Könül Abbasova isə sözügedən dövr üzrə maliyyə hesabatını diqqətə çatdırdı.

Sonra seçki komissiyasının üzvləri Məhfuzə Zeynalova və Həcər Alxasova Azərbaycan Milli Komitəsinin Rəyasət Heyətinin üzvlüyünə namizədləri - Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova, “Azterminalkompleks” Birliyinin direktoru Ehtiram Xəlilov, Heydər Əliyev Mərkəzində mədəniyyət və incəsənət üzrə məsləhətçi Emin Məmmədov, Mədəniyyət Nazirliyinin Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva, Heydər Əliyev Mərkəzində Elmi araşdırmalar və Heydər Əliyev irsinin təbliğatı şöbəsinin müdiri Nigar Rəhimli, Azərbaycan Milli Xalça Muzeyinin baş mütəxəssisi Rəma Zeynalovanı iclas iştirakçılarına təqdim edib, onlar barədə ətraflı məlumat verdilər.

Təqdimatdan sonra iclas iştirakçılarına açıq səsvermə ilə öz münasibətlərini bildirmək təklif edilib. Səsvermənin nəticələrinə əsasən ICOM Azərbaycan Milli Komitəsinin Rəyasət Heyətinin yeni üzvləri müəyyən olundu.

Daha sonra Rəyasət Heyətinin yeni üzvləri arasından ICOM Azərbaycan Milli Komitəsinin sədri və katibi vəzifəsinə seçki keçirilib. Rəyasət Heyətinin yeni üzvlərinin yekdil qərarı ilə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova növbəti dəfə ICOM Azərbaycan Milli Komitəsinin sədri, muzeyin baş mütəxəssisi Rəma Zeynalova isə komitənin katibi seçilib.

Məlumat üçün qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) nizamnaməsinə əsasən ICOM-un Beynəlxalq və Milli komitələri hər 3 ildən bir yeni sədr və idarə heyətini seçir. ICOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat kimi Azərbaycan muzeylərini, elm, mədəniyyət, incəsənət xadimlərini, muzey işi ilə bilavasitə əlaqəsi olan və ICOM təşkilatının üzvü olan şəxsləri birləşdirir. Milli Komitənin əsas vəzifələri muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək, xarici muzeylərin mütərəqqi təcrübələrini öyrənmək, silahlı toqquşmalar zamanı mədəni dəyərləri xilas etmək, onların qeyri-qanuni ticarətinə qarşı mübarizə aparmaq, mədəni irsin qorunması, ölkədə muzey menecmentinin inkişafından ibarətdir.

XƏBƏRLƏR

24.01.2020 18:05
Rusiya ilə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir
24.01.2020 17:52
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Prezident Kitabxanasında olublar
24.01.2020 16:19
“Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi
24.01.2020 13:12
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
24.01.2020 13:09
UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib
24.01.2020 11:21
Əfsanəvi caz müğənnisi Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək
24.01.2020 11:08
Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
24.01.2020 10:31
Lənkəranda Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib
24.01.2020 09:42
Muğam Mərkəzində Xalq artisti Vəli Qədimovun xatirəsi yad edilib
24.01.2020 09:09
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olublar
23.01.2020 14:55
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır
23.01.2020 14:20
“Azərbaycan toyu” Ginnesin Rekordlar Kitabına daxil edilə bilər
23.01.2020 14:19
Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb
23.01.2020 12:15
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23.01.2020 10:04
Azər Paşa Nemətov: Akademik Milli Dram Teatrının 2020-ci il üçün çoxsaylı planları var
23.01.2020 09:06
Horadizdə general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi qeyd edilib
22.01.2020 17:17
Nazir Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozentalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
22.01.2020 17:09
“Mədəniyyət.AZ” jurnalı - ötən ilin son sayı
22.01.2020 15:29
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbi layihələri davam edir