Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1009

Akademik Musiqili Teatr növbəti beynəlxalq festivala hazırlaşır

Dekabrın 1-dən 7-dək İran İslam Respublikasının Təbriz şəhərində II Alef Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Dünyanın bir çox nüfuzlu teatrlarının qatılacağı bu festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 50 nəfərlik yaradıcı heyəti ilə təmsil edəcək. Sənət ocağının yaradıcı kollektivi festivalda görkəmli bəstəkar, Xalq artisti Fərəc Qarayevin və fransız yazıçısı Samuel Bekketin “Qodonun intizarında” tamaşasını təqdim edəcək. Həmçinin festivalın bağlanış mərasimində dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin müşayiəti ilə teatrın simfonik orkestri geniş konsert proqramı ilə çıxış edəcək.

Bu barədə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev məlumat verib.

Bildirib ki, Akademik Musiqili Teatr bu yaxınlarda Albaniyanın Elbasan şəhərində keçirilən XXI ənənəvi “Skampa – 2019” Beynəlxalq Müasir Teatr Festivalında uğurla çıxış edib.

“Elbasan şəhərindəki festivala dünyanın müxtəlif ölkələrindən gələn teatr və incəsənət xadimləri “Qodonunu intizarında” tamaşasını çox yüksək səviyyədə qarşıladılar və hələ də bu barədə xoş sözlər, fikirlər, rəylər söyləməkdədirlər. Türkiyənin tanınmış sənət adamı Tamer Levendlə 21-ci “Skampa” festivalında yaxından tanış olduq. O, tamaşamız haqqında dolğun fikirlər səsləndirdi. Eyni zamanda, festivalda iştirak edən Amerikada yaşayan rejissor, aktyor, Karlos Espinal da bu səhnə əsərindən zövq aldığını Akademik Musiqili Teatrın “Instagram” səhifəsində yazdığı şərhlərdə də vurğuladı və bizə bu gözəl tamaşa üçün minnətdarlığını bildirdi. Əlbəttə, belə sözləri eşitmək bizi çox sevindirir. “Qodonun intizarında” fərqli tamaşadır və bu baxımdan da fəlsəfi duyumu, yüksək intellekti, həyata baxışı fərqli olanlar, reallıqla abstrak dünya arasında sıx əlaqəni, məna çalarlarını tapmağa çalışanlar absurd janrda tamaşanı bəyənə bilirlər. Qeyd edim ki, II Alef Teatr Festivalına bizi bu layihənin direktoru cənab Houman Beignezhad dəvət edib. Tamaşanın quruluşçu rejissoru, əslən İran Respublikasından olan tələbəm, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur”, - deyə Ə.Lalayev söyləyib.

Tamaşada Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan obrazlarını Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın on beş yaşlı aktyoru Hüseyn Nağıyev ifa edəcək.

XƏBƏRLƏR

02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir