Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
330

Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib

Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib.

Mərasimdə Azərbaycanın və Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, alimlər, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.

Tədbir çərçivəsində təşkil olunan sərgidə Azərbaycanın mənzərələrini əks etdirən fotolar, milli musiqi alətləri, qədim əşyalar və suvenirlər nümayiş edilib.

Xarəzm vilayət hakiminin müavini Timurbek Davletov Özbəkistanla Azərbaycan arasındakı dostluq münasibətlərindən danışıb, əlaqələrin möhkəmləndilməsi istiqamətində görüləcək işlərdən söz açıb.

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov deyib ki, əsrlərin yadigarı Xivə şəhərində belə bir tədbirin baş tutması ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən xəbər verir.

S.Abbasov Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzvlüyündən, dövlət başçısı Şavkat Mirziyoyevin Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşündə iştirakından, Azərbaycan və Özbəkistan dövlət başçılarının görüşündən danışıb. O bildirib ki, bu görüş əməkdaşlığımızı daha da inkişaf etdirəcək.

“Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva qədim tarixə malik Xarəzm torpağında mədəniyyət günlərinin keçirilməsindən məmnun olduğunu söyləyib. Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan bu tədbirdə Azərbaycan muğamlarının və xalq mahnılarımızın səslənməsi insanlara böyük sevinc bəxş edir. S.Vəliyeva belə səfərlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb.

Sonra AMM-nin hazırladığı bədii proqram təqdim olunub. Tələbələr “Qarabağ şikəstəsi”nin sədası altında Qarabağa aid milli geyimləri nümayiş etdirib. Konsert proqramında Azərbaycanın Əməkdar artistləri, tanınmış muğam ustaları Ehtiram Hüseynov və Bəyimxanım Vəliyeva Azərbaycan xalq mahnı və muğamlarını ifa ediblər. Xanəndələri tarda Azərbaycanın Əməkdar artisti, 2017-ci ildə Səmərqənddə keçirilən “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalının qalibi Sahib Paşazadə müşayiət edib. AMM-nin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri tərəfindən milli rəqslərimiz nümayiş olunub.

Xatırladaq ki, mədəniyyət günləri AMM-nin, “Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilir.

XƏBƏRLƏR

13.12.2019 17:54
Mədəniyyət naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
13.12.2019 16:53
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun sərgi açılacaq
13.12.2019 14:42
Regionlarda ustad dərsləri davam edir
13.12.2019 10:52
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13.12.2019 08:59
“Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
12.12.2019 17:50
Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib
12.12.2019 17:38
Daşkənddə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019 17:36
Xaçmazda “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib
12.12.2019 15:53
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12.12.2019 09:24
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
12.12.2019 09:19
"Mirvarid Dilbazi Məclisi"nin növbəti tədbiri Əminə Dilbazinin 100 illiyinə həsr olunacaq
11.12.2019 17:55
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
11.12.2019 17:32
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
11.12.2019 16:59
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu
11.12.2019 11:55
Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü görüb
11.12.2019 11:08
“ÇÖLÇÜ” filminin yeni uğuru
11.12.2019 09:00
Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb
11.12.2019 08:54
Kukla Teatrında “O qadın” tamaşası nümayiş olunub
10.12.2019 17:34
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub
10.12.2019 17:09
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev son mənzilə yola salındı
10.12.2019 16:32
"Mən ağacam" tamaşası növbəti dəfə "Yuğ"un səhnəsində
10.12.2019 14:03
"Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə nümayiş ediləcək
10.12.2019 11:48
Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir