Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1476

Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib

Noyabrın 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfrans Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı –TÜRKSOY, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

Konfrans çərçivəsində Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabı və “Cəlil Məmmədquluzadə - 150” elektron məlumat bazasının təqdimatı keçirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. Deyib ki, konfransda Bolqarıstan, Polşa, Türkiyə, Özbəkistandan dəvət olunmuş Cəlil Məmmədquluzadə tədqiqatçıları iştirak edir. Qeyd edib ki, konfransda həm də böyük ədəbin nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiri də iştirak edirlər. Mənə elə gəlir ki, onların ulu babalarının vətəninə gəlməsi xalqımızın həyatında böyük hadisədir. Mən inanıram ki, onlar bundan sonra tez-tez Azərbaycana gələcək və xalqımızın Cəlil Məmmədquluzadə irsinə necə böyük sayğı ilə yanaşdığına daha yaxından şahid olacaqlar”.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Cəlil Məmmədquluzadənin yaratdığı “Molla Nəsrəddin” satirik jurnalının cəmiyyətin maariflənməsində böyük rol oynadığını diqqətə çatdırıb Qeyd edib ki, bu jurnalla Cəlil Məmmədquluzadə eyniadlı məktəbin əsasını qoyub. O, publisistik fəaliyyəti ilə yanaşı, Azərbaycan ədəbiyyatını özünün şedevr əsərləri ilə zənginləşdirib. Onun dram əsərləri həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirməkdə əvəzolunmaz mənbələrdir.

Nazir müavini C.Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək məqsədilə həm sovet dövründə, həm də müstəqillik illərində bir çox addımlar atıldığını vurğulayıb. Bildirib ki, Cəlil Məmmədquluzadənin 100 illik yubileyi dünya miqyasında qeyd olunub: “Onun adına küçə, muzey, teatr, təhsil müəssisəsi var. Bu il Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət işçiləri ilə görüşündə də yazıçı Anar Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulmasını təklif edib. Hazırda bu istiqamətdə işlər görülür. Hesab edirəm ki, bu konfrans da Cəlil Məmmədquluzadə irsinin öyrənilməsinə böyük töhfə verəcək”.

Vaqif Əliyev Cəlil Məmmədquluzadənin 150 illiyinin ölkə daxilində və onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunduğunu vurğulayıb. Söyləyib ki, Mədəniyyət Nazirliyi dövlət başçısının müvafiq Sərəncamı əsasında ədibin xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçirib.

Sonra C. Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək bəzən Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir və başqaları haqqında naqis fikirlər səsləndirildiyini söyləyib: “Guya bu adamlar Azərbaycan xalqını tənqid ediblər. Onlar bu xalqı ona görə tənqid ediblər ki, xalqımız cəhalətdən qurtulsun, onu əsarətdə saxlayan buxovları qırsın, dünyanın digər xalqları ilə bərabər ola bilsin. O baxımdan biz Mirzə Cəlilin də nə qədər əhəmiyyətli olduğunu görürük”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə Mirzə Cəlilin uzaqgörən yazıçı kimi xalqımızı bu gün yaşadığımız şəkildə görmək istədiyini qeyd edib. O, bu yolda tənqid, təhqir olunsa da öz əqidəsindən dönməyib. Onun 1917-ci ildə çap etdirdiyi məşhur "Azərbaycan" məqaləsi üstündən 100 il keçməsinə baxmayaraq bu gün də bizim azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. O, sözün əsl mənasında Azərbaycanın milli istiqlalına şərəflə xidmət edib”.

Qeyd edilib ki, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalındakı XX əsrin əvvəllərinin bütün ədəbi mühitinə təsir göstərən əsərlərində, hekayə, povestlərində, pyes, felyeton, məqalə və məktublarında həmin dövr Azərbaycan həyatının bütün aktual siyasi-ictimai problemlərini əhatə edib. Diqqətə çatdırılıb ki, 1994-cü ildə ustad ədibin 125 illik yubileyinin keçirilməsinə, əsərlərinin yenidən nəşr və tədqiqinə ümummilli lider Heydər Əliyevin böyük diqqəti və qayğısı ayrıca xatırladılmalıdır. Ulu öndər Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda, ümumbəşəri dəyərləri əks etdirən fikirlərin milli ideologiyamızın əsası olduğunu deyirdi.

Tədbirin Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında təşkil olduğunu deyən akademik konfransın işinə uğurlar arzulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək görkəmli ədibin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən söz açıb, yaradıcılığının elmi-fəlsəfi əhəmiyyətindən bəhs edib. O deyib ki, bu il ölkəmizdə türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileylərinə həsr edilmiş çoxsaylı tədbirlər keçirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu istiqamətdə həm ölkə daxilində, həm də ölkə xaricində tədbirlər təşkil olunub. “Toplaşdığımız bugünkü konfrans da bu qəbildəndir. Cəlil Məmmədquluzadənin əsərləri, yaradıcılığı haqqında hər şeydən öncə bir oxucu kimi danışaraq onun istedadını xüsusi qeyd eləmək istəyirəm. Düşünürəm ki, onun adını çəkəndə hər birimizin üzündə təbəssüm yaranır. Bu təbəssüm onun felyetonlarını xatırladır. Mənim aləmimdə ədibin “Ölülər” əsəri dünya miqyaslı əsərdir. Onun bütün əsərləri insanları cəhalətdən, nadanlıqdan xilas olmağa səsləyir”.

Sonra TÜRKSOY tərəfindən C.Məmmədquluzadənin nəslinin davamçılarına hədiyyələr təqdim olunub, qonaqlar “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabı və “Cəlil Məmmədquluzadə - 150” elektron məlumat bazası ilə tanış olublar.

XƏBƏRLƏR

13.08.2020 13:47
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası Beynəlxalq Gənclər Günü münasibətilə videokonfrans təşkil edib
13.08.2020 13:38
Respublika Gənclər Kitabxanası fondunda olan kitabların virtual sərgisini sosial şəbəkə izləyicilərinə təqdim edib
13.08.2020 10:50
Qardaşlıq münasibətləri qoruyan mədəniyyət
12.08.2020 16:42
İsmayıllıda yol tikintisi zamanı maddi-mədəniyyət nümunələri aşkar olunub
12.08.2020 16:01
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edib
11.08.2020 18:31
Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
11.08.2020 15:23
Anar Kərimov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb
11.08.2020 13:09
Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə İşçi qrup yaradılıb
10.08.2020 18:05
“Cəngi” etno-caz qrupunun “Evdə qal evdə yarat” təşəbbüsü çərçivəsində yaratdığı kompozisiya beynəlxalq festivalda səsləndirilib
10.08.2020 16:34
Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş videokonfrans təşkil olunub
10.08.2020 14:40
Uşaq və yeniyetmələr üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
07.08.2020 16:22
“Qarabağın mədəni irsi” layihəsi davam edir
07.08.2020 16:19
“Peşəkarlığın qapısını açan könüllülük fəaliyyəti”
06.08.2020 15:47
Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti
06.08.2020 15:33
Qubada “Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması” mövzusunda təlimlər keçirilib
06.08.2020 10:47
Vyana şəhərində keçirilən festivalda “Min bir gecə“ baleti nümayiş olunub
05.08.2020 17:51
Tbilisidə “Era Teatrı”nın yeni ofisinin açılışı olub
05.08.2020 15:59
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
05.08.2020 14:23
Gənclər Kitabxanası Milli Qəhrəman Mübariz İbrahimov haqqında virtual kitab sərgisi hazırlayıb
05.08.2020 10:28
“Hər kitab bir dünyadır” layihəsi davam edir
04.08.2020 16:56
III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU
04.08.2020 09:39
Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib
02.08.2020 10:37
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib
30.07.2020 12:32
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
30.07.2020 12:31
Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib