Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3559

Bakıda “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar keçirilir

Noyabrın 25-də MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar öz işinə başladı.

Seminarın açılışında çıxış edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva nazir Əbülfəs Qarayevin adından seminar iştirakçılarını salamlayaraq diqqətə çatdırdı ki, layihə mədəniyyət müəssisələrinin fiziki və əqli cəhətdən qüsurlu insanlar daxil olmaqla bütün ziyarətçilər üçün əlverişliliyinin təmin edilməsinə yönəlib. Seminarda MDB ölkələrinin aparıcı muzeyləri, ali təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri, QHT və xeyriyyə fondları, əlil icmalarının və s. təşkilatların 45-dən artıq nümayəndəsi iştirak edir: “İnanırıq ki, müxtəlif ölkələrdən olan nümayəndələrin iştirakı ilə bölüşülən təcrübələr sərhədsiz mədəniyyət məkanının yaradılması istiqamətində öz bəhrəsini verəcək. Həmçinin seminar çərçivəsində bu mövzuya müxtəlif rakurslardan yanaşmalar fiziki məhdudiyyətli şəxslərin yaradıcılıqda bərabərhüquqlu olmalarına təminat yaradacaq. Layihənin ideyası muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin maksimal rahat qavrayışı üçün uyğunlaşdırmaq məqsədilə dünyanın aparıcı muzeylərinin təcrübəsinin öyrənilməsi zamanı ərsəyə gəlib. Əlçatan mədəniyyətin yaradılması üzrə BMT-nin tövsiyələrini rəhbər tutaraq Azərbaycan Milli İncəsənət Muzeyi sərhədsiz mədəniyyət məkanının yaradılması sahəsində MDB-yə üzv dövlətlərlə fəal əməkdaşlıq platforması yaradır”.

Nazir müavini qeyd etdi ki, seminar çərçivəsində MDB ölkələrinin muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üzrə uğurlu təcrübəsi nəzərdən keçiriləcək. Bununla yanaşı, hüquqi məsələlər, turizm fəaliyyətinin təşkili, sağlamlıq imkanları məhdud şəxslərin incəsənət vasitəsilə inklüziv bədii təhsilin inkişafı, habelə bu qəbildən insanların sosiallaşması və əmək məşğulluğu məsələləri də diqqət mərkəzində olacaq. Tədbirdə ustad dərsləri, sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgilər təşkil ediləcək.

Sevda Məmmədəliyeva həmçinin diqqətə çatdırdı ki, Azərbaycan dövləti BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasına uyğun olaraq qurumun əlilliklə bağlı tövsiyələrini nəzərə alaraq bu sahəyə hər zaman qayğı ilə yanaşır. Bu il ərzində Prezident İlham Əliyevin sərəncamı ilə əlilliyə görə ödənilən müavinətin məbləği 94 faizə qədər qaldırılıb. Əlilliyi olanları himayə edənlərin də müavinətləri iki dəfəyə qədər artırılıb. Qarabağ əlillərinin müavinətləri də son ildə iki dəfəyə qədər artırılıb, onlar Prezident təqaüdü və digər sosial təminatlarla əhatə olunublar. Hazırda ölkəmizdə 80-ə yaxın təşkilat sağlamlıq imkanları məhdud şəxslərin problemləri ilə məşğul olur: “İlk növbədə Heydər Əliyev Fondu və onun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə diqqətini xüsusilə vurğulamaq istərdim. Həmçinin Prezident İlham Əliyevin sərəncamına əsasən, “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq uşaqlar arasında əlillik və fiziki qüsurluluğun dərəcəsi azalıb. Seminarda respublikamızda fəaliyyət göstərən xüsusi reabilitasiya mərkəzləri nümayəndələri də edirlər. Qanunvericiliyə əsasən, fiziki məhdudiyyəti insanların işlə təmin olunması ilə bağlı ölkədə beş faizlik kvota həyata keçirilir. Görmə məhdudiyyəti insanlar üçün musiqi məktəbləri, kitabxana, o cümlədən "ƏSA" adlı inklüziv teatr fəaliyyət göstərir. İnanıram ki, dörd gün davam edəcək seminar çərçivəsində təqdim olunacaq məruzələrdə muzey, ali təhsil müəssisələri və xeyriyyə fondlarının bölüşdükləri təcrübələr faydalı olacaq”.

Sonra Beynəlxalq Muzeylər Şurasının (İCOM) Rusiya üzrə nümayəndəsi Dinara Xalikova “İnklüziv muzey” layihəsi: əməkdaşların öyrədilməsindən ziyarətçilərin cəlb olunmasınadək”, Rusiya Dövlət Tretyakov Qalereyasının maarifləndirmə və nəşriyyat fəaliyyəti üzrə baş direktor müavini Marina Elsezzer “Tretyakov qalereyası – hamı üçün açıq muzey” mövzusunda məruzələrlə çıxış etdilər

Seminarın ikinci panel iclasında mövzu ilə bağlı üç təqdimat oldu. İlk olaraq “İnklüziv muzey. Eşitmə əlilliyi və zəifliyi olan ziyarətçilər” layihəsi üzrə İCOM-un Rusiya üzrə məsləhətçisi, Dövlət Tarix Muzeyinin əlçatanlıq proqramının kuratoru Vladislav Kolesnikov “Eşitmə əlilliyi və zəifliyi olan ziyarətçilərlə iş: sosial və mədəni potensial”, A.Kasteyev adına Dövlət İncəsənət Muzeyinin əməkdaşı Gülmira Şalabayeva “Sərhədsiz muzey: əlilliyi olan ziyarətçilər üçün muzeyin əlçatanlığı”, “QARAJ” müasir incəsənət muzeyinin bələdçisi Lyudmila Luçkova “QARAJ” muzeyinin layihələri: nəzəriyyə və təcrübələr” mövzusunda çıxış etdilər.

Günün ikinci yarısında seminar məruzələrlə öz işini davam etdirdi.

XƏBƏRLƏR

01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
01.05.2024 11:35
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
30.04.2024 13:05
Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
29.04.2024 14:22
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29.04.2024 09:49
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb
26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı